Bu gün:


Gəncədə DƏHŞƏT: Qadın xəstəxanada yanaraq öldü (YENİLƏNİB)

Tarix: 26.04.2023 / 11:31  •   Oxundu: 70 dəfə  •  

Aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.
İDEAL xəbər verir ki, ilkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.
Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır
***
Gəncədə yanğın hadisəsi baş verib.
İDEAL  xəbər verir ki, hadisə Abbas Səhət adına xəstəxanada baş verib. Xəstəxanada anidən yanğın başlayıb. Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub.
Hadisə yerinıə FHN əməkdaşları cəlb olunub