Türkiyənin İstanbul şəhərində PKK/KCK terror qruplaşmasına qarşı əməliyyat keçirilib.
İDEAL Türkiyə mediasına istinadən xəbər verir ki, Yaşıl Sol Partiyasının Kocelidən deputatlığa namizədi Ayten Dönmez saxlanılıb.
O, PKK silahlı terror təşkilatı tərkibində fəaliyyət göstərməkdə ittiham edilir.
İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları Ayten Dönmezin PKK-nın fəaliyyət göstərdiyi ərazidə siyasi və silahlı təlim aldıqdan sonra Türkiyəyə qeyri-qanuni yollarla daxil olduğunu müəyyən edib.
Polis bu gün səhər saatlarında Dönmezin Üsküdarda qaldığı ünvanda əməliyyat keçirib. O, əməliyyatda saxlanılıb.