Bu gün:


Azərbaycanın axtarışa verdiyi şəxslər İranda həbs edildi

Tarix: 28.04.2023 / 08:54  •   Oxundu: 97 dəfə  •  

Azərbaycanın axtarışa verdiyi şəxslər İranda həbs edilib.
İDEAL xəbər verir ki, İranın qeyri rəsmi sayılan lakin hökumətə bağlı olan "Azəriha" saytı yazır ki, Orxan Məmmədov və Tohid İbrahimbəyli saxlanılıblar.
Onların beş gün öncə Qumda həbs edildiyi deyilir.
Qeyd edək ki, adıçəkilən şəxslər Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən rəsmi axtarışdadır. Onlar illər öncə İrana keçib və "Hüseyniyun" adlı din adı altında terror qruplaşması yaradıb və Azərbaycan Respublikası dövlətçiliyinə zidd təbliğatla məşğul olurdurlar.