Bu gün:


Bakı-Tbilisi-Qars ikitərəfli rejimdə işə salınıb

Tarix: 09.12.2020 / 17:32  •   Oxundu: 131 dəfə  •  

Bakı-Tbilisi-Qars dəmir yolu ilk dəfə olaraq ikitərəfli rejimdə işə salınıb.
Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava deyib.
O bildirib ki, dəmir yolunun ikitərəfli rejimdə işə düşməsi bu marşrutla yükdaşımaların əhəmiyyətli dərəcədə artmasına, eləcə də Gürcüstanın tranzit imkanlarının yüksəlməsinə yol açacaq.
Nazir əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Çin bazarı arasında ən qısa marşrutdur.
Türkiyədən Çinin Sian əyalətinə yük qatarı dekabrın 4-də İstanbuldan yola salınıb. Qatarın 12 gün ərzində hədəf nöqtəyə çatması gözlənilir. Qatar 8 693 kilometr yol, iki qitə, iki dəniz və beş ölkə qət edəcək. Yük qatarı 42 konteynerdən ibarətdir.