Bu gün:


Bakıda 12 yaşlı məktəbli özünü binadan ataraq intihar etdi

Tarix: 02.05.2023 / 14:38  •   Oxundu: 127 dəfə  •  

Dünən axşam saat 22 radələrində Bakıda məktəbli intihar edib.
İDEAL-ın məlumatına görə, Binəqədi rayonu 7-ci mikrorayon 1260-cı məhəllədə yerləşən "Piramida MTK"ya məxsus çoxmərtəbəli binada yaşayan 2011-ci il təvəllüdlü Sürəyya Rüfət qızı Əliyeva özünü 10-cu mərtəbədəki mənzilin eyvanından atıb.
O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Bildirilir ki, 12 yaşlı S.Əliyeva 244 saylı orta məktəbin 6-cı sinif şagirdi olub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.