Bu gün:


BAKI METROPOLİTENİNİN RƏHBƏRLİYİ MƏHKƏMƏ QARŞISINDA …

Tarix: 02.05.2023 / 18:46  •   Oxundu: 281 dəfə  •  

Zaur Hüseynovun himayə etdiyi uşaqlıq dostu və kirvəsi Nafiyev İlqar Zöhrab oğlu həbsdən buraxıldıqdan sonra icra hqqında Azərbaycan Respublikası qanunun tələblərini vaxtında icra etmədiyinə görə məhkəmə qarşısına çıxarılır.

İDEAL – a daxil olan məlumata əsasən borclu Nafiyev İlqar Zöhrab oğlu 48.000 ABŞ dolları pul vəsaiti Kəngərli Nağı Tağı oğluna ödəməlidir.  

Bu barədə məhkəməyə Xətai Rayonu İcra Şöbəsinin İcra Məmuru 3-cü dərəcəli Ədliyyə qulluqçusu Vidadi Mahmudov təqdimat vermişdir. 

Əldə etdiyimiz məlumata əsasən,Nafiyev İlqar Zöhrab oğlunun Məhkəməsi dönəmində tələbkar Kəngərli Nağı Tağı oğlunun şikayətdən  imtina etmək  barədə danışıqlarını Metropolitenin rəisi Zaur Hüseynov aparmış və sonradan dediyi vədi yerinə yetirməmişdir.  

Mövzu diqqətimizdədir

Rüfət Kamil