Bu gün:


ABŞERON MƏHKƏMƏSİ ƏDALƏTİ TANIYACAQMI ?

Tarix: 09.05.2023 / 13:11  •   Oxundu: 262 dəfə  •  

Ölkənin məhkəmə-hüquq sistemində deqredasiya dövrü artan xətt üzrə davam etməkdədir. Artıq 3-cü il olacaq ki, Azərbaycanın məhkəmə-hüquq sistemi oliqarx “Omar” Atçılıq klubunun prezidenti Natiq Zeynalov barəsində qərar qəbul edə bilmir.

Söhbət hər hansı bir mülkün bölünməsindən deyil, zəbt və ilhaq edilmiş yolun açılmasından gedir. 

Yuxarıdan hansısa bir gözəgörünməz köstəbəyin telefon zəngi Ədalət Mühakiməsini Kəbirənin bazarına çevirmişdir. 

Abşeron rayon məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyilə növbəti məhkəmə prosesi  (iş №: 2(012)-1111/2023)  12 may 2023-cü il tarixə təyin edilmişdir. 

Məhkəmə prosesində  görünəni bu idiki,  Cəmilə Səfiyeva  mövcud problemi aradan qaldırmaqda acizdir. 

 Əsas qanun hesab edilən   Azərbaycan Respublikası Konstitusiyasında göllərin, çayların özəlləşdirilməsi, ilhaq edilməsi qadağan edildiyi halda “Omar” Atçılıq klubunun prezindenti Natiq Zeynalov «Qızıl Nohur» adlanan həmin məkanı nəinki özününküləşdirmişdir eyni zamanda oliqarx, korrupsioner məmurların dövlət büdcəsi hesabına saxladığı şou-biznes camiəsinin istirahət məkanına çevirmişdir.  

 

Mövzu diqqətimizdədir.

Əlavə məlumat veriləcək .

Polad Musayev.