Bu gün:


Nazim İdeal: Azərbaycanda qanunlar mafiya qaydaları ilə tənzimlənir!

Tarix: 18.08.2022 / 11:37  •   Oxundu: 256 dəfə  •  

Şəxsi-Qrup-Mafiya Maraqlarının köləsinə çevrilmiş qanunlar...

Ölkəmizin təbii sərvətləri kimi pay topraklarıda dövlət obyektlərini pritona çevirmiş konsentrik dairələr arasında bərabər paylanılmışdır.

Mübaliğəsiz ölkənin hüquq mühafizə orqanlarıda məhz həmin dairələrin korporativ maraqlarına xidmət edən vintə çevrilmişdir.

3 pilləli məhkəmə sistemində isə autentik qərar sonuncu instansiyadan "dobro" alındıqdan sonra qəbul olunur.

Mülki Kollegiyanın çox az hakim heyəti vardır ki, onlar özlərini  sifarişçilərin köləsinə çevirməmişdir.

Abşeron rayon Məhkəməsində hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyilə davam etdirilən 2(012)-555/2022 saylı iş üzrə məhkəmə prosesi  tikinti-texniki ekspertiza təyin etmişdir.

Ekspertizanın aparılması İqtisadiyyat nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin yer quruluşu üzrə mühəndisləri cəlb  olunmaqla Ədliyyə nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

Mülki iş ekspertə təqdim olunduğu gündən ekspert rəyinin verilməsi üçün 1 ay müddət müəyyən edilmişdir.

07.02.2022-ci il tarixli "Qərardad" bu günə kimi hələ də icra olunmayıb.

Məhkəmənin qərardadının icra edilməsinə məsul edilmiş təsisatlardan biridə Abşeron rayonu Xırdalan şəhəri,İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mütəxəssisi Əhmədov Azər Misrəddin oğludur.

Bəhs etdiyim toprak sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində 56 nömrəli reyestr kitabının 141 nömrəli vərəqində 308011000860 reyestr nömrəsi, 1608001526 qeydiyyat nömrəsilə 16.02.2008-ci il tarixdə qeydə alınmış və MA seriyalı 0016654 nömrəli "Çıxarış" verilmişdir.

Dövlət Reyestr Xidməti Abşeron rayon Ərazi İdarəsi tərəfindən  20.02.2008-ci il tarixdə tərtib edilmiş və reyestrdə 308011000860 nömrə ilə qeydə alınmış Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində yerləşən toprak sahəsinin plan və ölçüsündən görünür ki, toprak sahəsinin künc hissəsinin daxilindən avtomobil yolu keçir.

Həmin avtomobil yolu qəsəbəarası yoldan toprak sahəsinə çəkilmişdir.

Bu faktda Dövlət Reyestr Xidməti Abşeron rayon Ərazi İdarəsi tərəfindən 20.02.2008-ci il tarixdə tərtib edilmiş və Reyestrdə 308011000860 nömrə ilə qeydə alınmış toprak sahəsinin plan və ölçüsündə də göstərilir.

Apardığım araşdırma nəticəsində məlum olmuşdur ki, 2014-cü ildə Abşeron rayon icra hakimiyyəti və Torpaq Komitəsi qanunsuz və qaranlıq üsullarla ərazinin kardinasiyasını dəyişiblər.

Ümumiyyətlə əvvəlcədən yolun olmadığı barədə "sənəd" hazırlaması tapşırığı alıblarmış.

Şortu-biznesin sifətləri və kabinetlərdə dövlət bayrağının şahidliyilə rüşvət yığıb tabeçiliklərində olan "xanım" əməkdaşlara TANTİRİK yaşadanlar bilsədə, çoxları bilmir ki, bir zamanlar Məhəmmədi,Kürdəxanı, 2-ci Sovxoz qəsəbə sakinlərinin yayda çimdikləri "qızıl nohur" adlı göl "Omar" atçılıq klubunun istifadəsindədir və gölün ortasında fəaliyyət göstərən restoran şəbəkəsinin mahiyyəti ora gələn və gətirilənlərə məlumdur.

Əsas məqam isə bundan ibarətdir ki, bu qəsəbələrin demək olar ki, 150 ha toprak sahəsi məhz "Omar" atçılıq klubunun rəhbəri Natiq Zeynalova məxsusdur.

Natiq Zeynalovun satın ala bilmədiyi tək ərazi Mənə məxsusdur.

Mənə aid olan ərazidə özbaşına olaraq 4 ədəd giriş qapıları çıxardılmış yeri  daşla hördürülmüşdü.

Fotoda bütün bunlar aşkar görsənir.


Hasarlanmış ərazi  uçurulmuş, su çəni  götürülmüş,tikili binaların qapı və pəncərələri, tikinti materialları  yoxa çıxmışdır.

Əsası budur ki, Mən öz ərazimə getməkdən ötrü helikopterdən istifadə etməliyəm.Bütün giriş-çıxış yolları bağlanılmış, ilhaq edilmişdir!!!

Oğurluq faktı üzə edilmiş şikayətlər 3-cü ildir ki, kabinetlərdə zorlanmayan qanun axtarışındadır.

Dəfələrlə Sabunçu-Abşeron Polis-Prokurorluq Orqanlarının əməkdaşları ilə aşkar faktlara baxış keçirmişik.

Hələ də yekun qərar yoxdur.

Görünəni budur ki, Azərbaycan Respublikasında qanunlar şəxsi,qrup, klan, tayfa,nəsil,qudalar,sevgililər,rüşvət təyinatı üzrə istismar edilməkdədir.