Bu gün:


"Putin kişilərlə intim əlaqələrinə görə xarici kəşfiyyata işə götürülməyib..." - ŞOK İDDİA

Tarix: 11.05.2023 / 11:04  •   Oxundu: 137 dəfə  •  

"O, qadınları o qədər də sevmir, Kabayeva isə Putinin "pul kisəsi"dir, külli miqdarda pullar və daşınmaz əmlak onun adına rəsmiləşdirilib..."
 
SSRİ DTK-nın sabiq agenti Putinlə Medvedev arasında intim əlaqə olduğuna eyham vurub. Sergey Jirnovun sözlərinə görə, Putinin bu "zəifliyinə" görə o, xarici kəşfiyyata işə götürülməyib.
 
İDEAL xəbər verir ki, bu barədə ekspert "24 kanal" nəşrinə müsahibəsində danışıb. Məlumatı "unian.net" nəşri yayıb.
 
O, Putinin tanınmış musiqiçi Sergey Rolduqinlə intim dostluğundan danışıb.
 
"Rolduqin orduya xidmətə gedəndə Putin öz "Zaporojets" maşınında onun xidmət keçdiyi hərbi hissəyə gedib, Rolduqin kazarmanın divarlarından aşaraq birlikdə avromobilə əyləşib Leninqrad küçələrini gəzib dolaşaraq mahnılar oxuyub, orada gözəl romantika yaşayıblar".
 
Jirnovun sözlərinə görə, Putinin həyat yoldaşı Lüdmila hamilə olanda, onunla ünsiyyətdə olmayıb, amma Rolduqinlə gəzib, ona görə də onu heç xarici kəşfiyyata da işə götürməyiblər.
 
Qeyd edilir ki, insanların Putinlə Rolduqini sevgili cütlük kimi qəbul etməsi Putinin xoşuna gəlməyib və bir dəfə bununla bağlı dava salıb, nəticədə onun qolunu sındırıblar.
 
"Bu, variantlardan biridir, belə nümunələr az deyil. Məsələn, onun ələ aldığı Dmitri Medvedev gənc müəllim olub. Onların nə ilə məşğul olması bəlli deyil. Lakin Putin 2008-2012-ci illərdə öz taxtını məhz Medvedevə etibar edib", - DTK-nın sabiq agenti bəyan edib.
 
Putinin sevgilisi, sabiq gimnast qadın Alina Kabayevanı Jirnov gözdən pərdə asmaq məqsədi daşıdığını deyib və onu Putinin "pul kisəsi" adlandırıb. Çünki külli miqdarda pullar və daşınmaz əmlak məhz onun adına rəsmiləşdirilib.
 
Putinin oxşarları-bəlli olanlar
 
"Unian"nəşrinin yazdığına görə, Putin bu və ya digər tədbirləri ziyarət etmək üçün oxşarlarından yararlanır.
 
Psixoloq Dmitri Popov Kreml diktatorunun oxşarlarının üç tip şəxsiyyətini açıqlayıb.
 
Onun sözlərinı görə, bu tiplərin hər biri şəxsi keyfiyyətlərinə uyğundur. "Danışqan", "stadion" və "səyahətçi" tipləri var. Həmçinin "bunker" tipi var və bu, Putinin əsas saxta variantıdır.
 
Psixoloqun sözlərinə görə, o, Putinlə şəxsən görüşməyib, lakin onun davranış xüsusiyyətləri qeyri-təbiidir və bir-birindən fərqlənir.