Bu gün:


“AVRO QRAND MMC” -nin Abşeron dələduzluğu

Tarix: 30.05.2023 / 22:37  •   Oxundu: 322 dəfə  •  

Mülkiyyət hüquqları tapdalanmış Xırdalan şəhər sakini Rizvan Kərimov rüşvətə mübtəla olmuş orqanların çürüməsini nəzərə alıb Prezident İlham Əliyevə müraciət etmişdir.
Müraciətdə deyilir:  “AVRO QRAND” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Bayramov Allahverdi Baxış oğlu ilə aramızda bağlanmış 24 iyun 2019-cu il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən yaşayış binasının “C” girişinin 10-cu mərtəbəsində 49 nömrəli 3 otaqdan ibarət 125.78 kv.m ümumi mənzilin dəyəri 65.000 (altmış beş min) manat məbləğində qiymətləndirilməklə mənə satılmışdır.
     2021-ci ilin avqust ayında 65.000 (altmış beş min) manata ödəyib aldığımız mülkiyyətimiz xəbərimiz və razılığımız olmadan sonradan inisialını müəyyən etdiyimiz Babayev Yaşar Nuhi oğlu tərəfindən qapısı sındırılaraq içəri daxil olmuş, mülkiyyətimiz və əşyalarımızı zəbt etmişdir. Yaşar Babayevin bu cür qanundan və dövlətdənkənar əməlləri ilə bağlı etdiyimiz şikayətlər bu günə kimi nəticəsiz və cavabsız qalmaqdadır.
     Biz Yaşar Babayevlə dəfələrlə mülkiyyətimizdən çıxması üzrə danışıqlarımız zamanı o çıxacağını vəd etsədə, sonradan müxtəlif bəhanələrlə, o cümlədən “AVRO QRAND” MMC-nin ona borclu olduğu kimi ifadələrlə bu günə kimi bizi aldada bilmişdir.
     Cavabdehlərin qanundan və dövlətdənkənar əməllərinin əlvanlığından asılı olmayaraq mülkiyyət dövlət tərəfindən tanınan və qorunan hüquq kimi əsas qanun hesab etdiyimiz konstitusiyanın müddəalarından asılı olaraq  (maddə 13,29, 33,43) öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasının 8,12,24,25,31,32 maddələrini rəhbər tutaraq mülkiyyət hüquqlarımızın tanınmasını və dələduz şəbəkənin cinayət əməllərinin ifşa olunması üzrə tədbirlər görməyi Sizdən Xahiş edirəm.”