Gəncədə növbə üstündə DAVA: vurub gözünü çıxardı - YENİLƏNİB
Tarix: 01.06.2023 / 13:09 •
Oxundu: 90 dəfə •
Gəncə sakininin xəsarət alması ilə bağlı cinayət işi başlanıb.
Bu barədə İDEAL-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini Emin Məmmədovun sağ gözünün alt və üst qapaqlarının cırılmış yaraları, buynuz qişanın dəlib keçən yaralanması, möhtəviyyatın tökülməsi ilə xərarət alması barədə məlumat daxil olub:
"Dərhal Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşa şəhər sakini Elçin Fərhadzadə aralarında yaranmış mübahisə zamanı yumruqla xəsarət yetirib. E. Fərhadzadə barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) madəsi ilə cinayət işi başlanıb".
Gəncədə növbə üstündə dava olub.
İDEAL-ın məlumatına görə, 48 yaşlı Gəncə şəhər sakini Məmmədov Emin Xeyrulla oğlu ilə naməlum şəxs arasında ödəmə terminalındakı növbə üstündə dava olub. Bu zaman naməlum şəsx E. Məmmədovun başına yumruqla vuraraq onun gözünü çıxarıb.
Faktla bağlı araşdırma aparılır.