Bu gün:


Azərbaycanda 14 yaşlı məktəbli itkin düşdü - FOTO

Tarix: 02.06.2023 / 10:12  •   Oxundu: 134 dəfə  •  

Cəlilabad rayonunda 14 yaşlı məktəbli itkin düşüb.
İDEAL xəbər verir ki, rayonun Suluçeşmə kənd sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyev mayın 30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Məlumata görə, evdən çıxarkən onun əynində ağ köynək, əlində çanta olub.
Onu görən şəxslərdən DİN-in "102" xidmətinə və ya ərazi üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur.