Bir neçə gündür sosial şəbəkələrdə ard-arda bənzər videolar yayımlanır. Müxtəlif məktəblərin müəllimlərinə valideynlər toplanıb qızıl dəsti alır və onu təntənəli şəkildə təqdim edirlər. Nişanlı qızın qulağına, barmağına, boynuna qızıl zinət əşyaları asırmış kimi müəllimi əhatəyə alıb “nişanlaylırlar”. Bu dəfə sözün həqiqi mənasında nişanlanır o müəllim. Nişan qoymaq sözü lap qədimlərdən bir yerə iz buraxmaq, nişan qoymaq anlamına gəlirdi. Bu müəllimlərin adı bu mərasimlərlə pulgir, mənfəətçi kimi nişanlandı, qaralandı.
Deyə bilərsiniz ki, burda nə var? Valideynlərin özləri düşünüb belə qərar veriblər.
Bir zamanlar məktəbli uşaqların valideyni olmuş və hazırda çoxlu sayda məktəbli valideynləri ilə ünsiyyətdə olan biri kimi deyə bilərəm ki, pul toplayıb müəllimə qızıl almaq valideynlərin öz planı deyil və bu cür hədiyyə verməkdən məmnun deyillər. Valideynlər bezir. Yaxşı yadıma gəlir, oğlumun təhsil aldığı məktəbdə müəllim ona verilən hədiyyəni bəyənməmişdi. Bir qədər ucuz ətir bağışlamışdı deyə müəllim əsəbiləşib, 200 qramlıq ətri açıb, şagirdin başından aşağı boşaltmışdı. Gül buketini bəyənməmişdi deyə başqa bir uşağa o gülü yeməyə məcbur etmişdi. Başqa bir müəllim “mən başqalarından ucuz adamammı?” deyib hədiyyəni təhqiramiz şəkildə valideynin üstünə göndərmiş, uşağın atası da “gəl, səni də alım, bir yolluq bitsin bu işgəncə. Mən arvadımdan, ailəmdən çox sənə pul xərcləyirəm” demişdi. İşi bu qədər iyrənc səviyyəyə gətirib çıxarıblar. Hansı müəllimə daha yaxşı hədiyyələr gəlir, hansı müəllimin sinfinə daha varlı ailələrin uşaqları yığılır? Təhsil ocaqlarının iç üzü budur.
Hər sinfin valideynlərindən və müəllimlərindən ibarət bir “Vatsapp” qrupu yaradılır, orda özünü pis aparanlar müzakirə olunur. Bir dəfə valideyn komitəsi var. İşgüzar bir müəllim komitə sədri kimi “mühüm vəzifəyə” seçilir. Bu vəzifə müəllimin arzu, istək və kaprizlərini valideynlərə çatdırıb, həllini tələb eləməkdən, şikayət edən valideynlərin dediklərini aparıb müəllimin ovcuna qoymaqdan ibarətdir. Cəzanı isə şagird çəkir. Müəllim özünü “pis aparan” valideynin uşağını əzməyə, alçatmağa, psixi təzyiq göstərməyə başlayır. Uşaq oxusa da, “oxumur, özünü pis” aparır deyir. Azyaşlı üçün bu əməlli-başlı problemə çevrilir.
“Nişantaxdı mərasimi” xüsusilə ibtidai siniflərdə dəbdə olur. Yuxarı siniflərdə də sinif rəhbəri olan müəllimlərə "görüm-baxım" eləməlisən ki, uşaq dərsdən qalıb repetitor yanına gedə bilsin.
Gözünü həyata yeni-yeni açan uşaqlarımıza rüşvəti, yaltaqlanmağı, boyun əyməyi, pulla sevgini satın almağı öyrədirik beləcə. Sonra da "müəllim müqəddəsdir, məktəb məbəddir" nağılları...
Müəllimin əziyyətinin qarşılığında ona könlündən keçən bir hədiyyə vermək olar. Amma gizlin, kimsəni utandırmadan, incitmədən. Zorla alınan hədiyyənin adı hədiyyə deyil, töycü olur, vergi olur.
Torpağa söyüd basdırıb, ondan meyvə gözləmək kimi bir şeydir bu.