Bu gün:


“Azərbaycan” qəzetinin çapı dayandırıla bilər - SƏBƏB

Tarix: 13.06.2023 / 15:42  •   Oxundu: 116 dəfə  •  

“Azərbaycan” qəzetinin çapı dayandırıla bilər”.
İDEAL xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov iyunun 13-də parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün “Azərbaycan” qəzetinə abunə olanların sayı azalıb:
“Hazırda abunə təxminən beş minə yaxındır. Halbuki 12 mindən yuxarı olduqda səmərə verir. Əgər heç bir dəstək olmasa, qəzetin çapı dayandırılacaq”.