Bu gün:


Yasamalda evdə kombi partladı

Tarix: 11.12.2020 / 10:10  •   Oxundu: 106 dəfə  •  

Bakıda yaşayış evində partlayış baş verib.
“Asmedia.az ”nun verdiyi xəbərə görə, təxminən bir saat əvvəl Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında mənzildə kombi aparatı partlayıb. 
Bu zaman evdə sakinlər də olub. İlkin məlumata görə, partlaytış nəticəsində mənzilin eyvanı tamamilə dağılıb.