Bu gün:


FEMİDANI QƏTLƏ YETİRƏN HAYKİMLƏR...

Tarix: 02.07.2023 / 11:22  •   Oxundu: 116 dəfə  •  

Qətiyyən xoş deyil bu cür mövzulardan bəhs etmək.Heç istəməzdim ki, Qanunların,onun icrasına məsul HMO-ın Rüşvətə,Sifarişə,Direktivlərə hamilə qaldığı bir ölkənin vətəndaşı olum.

Dövlət adından dövlət idarələrinin hər küncündə bu ünvanlara yolu düşən hər bir vətəndaşa qarşı erməni sifətlilərin ermənizm izləri açığa vurmaqdadır.
Heç bir mübaliğəyə yol vermədən,qərəzli olmadan bilinsin ki, Xüsusilə Cinayət işləri üzrə mühakimə edilənlərin taleyi ən yaxşı halda sifariş olmayan iş üzrə rüşvət hesabına yüngülləşə bilər!?

Məhkəmələr ölü dirildən,diriləri öldürən notarius funkusiyasını həyata keçirməkdədir.Əyninə mantiya geyinmiş hakimlər özlərini cəhənnəm bekçəsi olaraq aparırlar.İftira krujevaları,üzəduranlar,şərin dişiləri və alçaq leşləri ("erkək") onların qida rasionun əsasını təşkil edir.

Neçə ki, qanunların soyqırımına hüquqi qiymət verilməyəcək,dövlət despot qaydalarla idarə ediləcək, şərin dişiləri hökumətin məsuliyyətsiz verdiyi qərarlarla bağlı söyüş məsuliyyətinə məsul ediləcək, İnsanlıq-İnsan və Vətəndaş hüquq və əsas azadlıqları qiymətdən düşəcək,dövlət oğru qanunları ilə idarə ediləcək,qiymət artımlarıda davam edəcək! 

Prezident İlham Əliyev Prezident Administrasiyasında yeni mühitin yarandığını,Vətəndaşları qarşılaşdıqları problemlərlə bağlı müraciət etmələrini bildirir.
Görünəni budur ki, Ramiz Mehdiyevin mirasları Administrasiyanı murdarlamaqda davam edir və Nehrəmli Süleyman Vətəndaşların Prezidentə ünvanladığı şikayətləri problem yaradan qurumlarla bazarlıqlarını davam etdirməkdədir.

Bir sözlə Rüşvət istəyənlərin və sifarişlə istismar edilənlərin bir şüarı var:
"Get,Kimə istəyirsən şikayət et"!
Bu "qanun" ölkənin hər yerində keçərlidir.
Ölkədə minlərlə ailə bu tipli quldurluqlardan cana doyub.....