Bu gün:


NAZİM QULİYEV: QANUNLAR RÜŞVƏTƏ HAMİLƏ QALIB

Tarix: 02.07.2021 / 16:40  •   Oxundu: 274 dəfə  •  

Neçə ki, qanunların soyqırımına hüquqi qiymət verilməyəcək,dövlət despot qaydalarla idarə ediləcək, şərin dişiləri hökumətin məsuliyyətsiz verdiyi qərarlarla bağlı söyüş məsuliyyətinə məsul ediləcək, İnsanlıq-İnsan və Vətəndaş hüquq və əsas azadlıqları qiymətdən düşəcək,dövlət oğru qanunları ilə idarə ediləcək,qiymət artımlarıda davam edəcək! 

Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun və Polisinin ənənəvi diskriminativ absurd və despot HK-1/1604 saylı (Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi,Polis baş Leytenantı Mirzəyev Mahmud Şahin oğlu) qərarından sonra ölkə oğru qanunları ilə idarə edildiyinin bir daha şahidi oldum.
Vətəndaşa məxsus qapının sındırıldığı,içərisindən oğurlanmış pul və əşyalarla bağlı 102 çağrı vasitəsindən sonra Polis və Prokurorluğa hər şey bəlli olsada, 9 aydır ki,QANUNLAR  RÜŞVƏTƏ  HAMİLƏ  QALIB.

Prezident İlham Əliyev Prezident Administrasiyasında yeni mühitin yarandığını,Vətəndaşları qarşılaşdıqları problemlərlə bağlı müraciət etmələrini bildirir.

Görünəni budur ki, Ramiz Mehdiyevin mirasları Administrasiyanı murdarlamaqda davam edir və Nehrəmli Süleyman Vətəndaşların Prezidentə ünvanladığı şikayətləri problem yaradan qurumlarla bazarlıqlarını davam etdirməkdədir.

Bir sözlə Rüşvət istəyənlərin və sifarişlə istismar edilənlərin bir şüarı var:
"Get,Kimə istəyirsən şikayət et"!

Bu "qanun" ölkənin hər yerində keçərlidir.

Ölkədə minlərlə ailə bu tipli quldurluqlardan cana doyub.....