Bu gün:


QƏTLƏ YETİRİLMİŞ MƏHKUM:ÖZÜMÜ ERMƏNİ ƏSİRLİYİNDƏ HİSS EDİRƏM !

Tarix: 02.07.2023 / 21:10  •   Oxundu: 236 dəfə  •  

"Himayəmdə dörd övladım var.
Mən ölsəm onlar necə olacaq?
Məğər ölüm cəzası almışam?

Bu yaşımda nəyə görə Məni döyərək öldürmək istəyirlər?
Bəlkədə şikayət etməzdim,amma ağrıdan daha dözə bilmirəm...
Onlar Mənə qarşı belə edirlərsə,mən nəyə görə həqiqəti gizlətməliyəm?
Mən özümü əsirlikdə hiss edirəm,erməni əsirliyində-nəinki dustaq...."
Bu sözlərin müəllifi Şamaxl rayon,Dağ Bağırlı kənd sakini Beydullayev Müşfiq Fərzi oğludur.
Müşfiq Beydullayev və böyük qardaşı Cəmiyyət Beydullayev öz doğma qohumları,əmisi oğulları ilə savaşdıqlarına görə,ARCM-nin 29.120-ci maddəsilə 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.
05 oktyabr 2014-cü il.
Ədliyyə nazirliyi Penitensiar Xidmətin 8 saylı Xüsusi rejimli cəzaçəkmə müəssisəsi, 2-ci korpus,4-cü kamera.
2 nəfər üçün nəzərdə tutulmuş kamerada tək qalmağa üstünlük versəmdə,administrasiya Problemli məhkumları,Mənə Problem yaşada biləcəyi düşüncəsilə "fors-major" yanıma atırdılar.
Ümumiyyətlə bütün nəzarətdə olanlar məhz 2-ci korpusda saxlanılırdı.
O cümlədən Nadir Səlifov (Quli).
Bu korpusda 10 kamera var idi və ən çoxu 25 nəfər olurdu.Əksər kameralarda məhkumlar tək saxlanılırdı !
Kamera açıldı və içəri boyu 1.95,iri sümüklü qarabəniz 40 yaşlı birisi salındı.
Cəmi 5 kvadrat metr ərazisi olan kamerada gəzmək, "tasovka" vurmaq müşkül məsələ idi.
Lakin içəri daxil olan adam hiss edilirdi ki,gəzə bilmir və deformasiyaya uğradılıb...
Adətən kameraya daxil olan istənilən şəxs özünü təqdim etməli və uyğun adam olmadığı təqdirdə kameranı tərk etməyə məcburdu.
Qonaq san ki,nəyisə gözləyirmiş kimi nə danışmır,nə çay içmirdi.
Sadəcə Mənim hərəkətlərimi seyr edirdi.
Bu cür kabus susqunluğu axşam yoxlanışına kimi davam etdi.
Qapı açıldı və əməkdaşlar hal-əhval tutub,qapını bağlayıb çıxarkən,yeni gəlmiş qonağın dili açıldı və uca səslə:-"Bəs deyirdiniz ki, Yazıb-pozan adamdır,bizim düşmənimizdi...,bəs bu nədir,deyirsiz ki,nə qulluq edək ?
Əməkdaşlar qapını  bağlayıb getdikdən sonra,Müşfiq danışmağa başladı və ağladı.
Bildirdi ki,19 sentyabrdan etap gəlib,lakin karantindən döyüb atıblar karsa və bu günə kimi...
Şərt qoyublar ki,kamera yoldaşın Nazim Quliyevə ciddi problem yarada bilsən,sənə bütün imtiyazlı şərait yaradılacaq və telefon işlətməyədə icazə veriləcək... və.s...
Nə isə...
Rusiyada nüfuzlu adamların yanında mühafizəçi olmuş Müşfiq çox qorxurdu....
Başına açılan faciəni susqunluqla,öz ölməyilə qarşılamağa hazır idi və çoxlarının da bəhanə etdiyi kimi:"kimdən-kimə yazasan,hökumət var?" deyənlərin xor dərnəyinin üzvü olmağa da hazır idi...
Əslində bu acizin və tənbəlin yastıq sevdalısı olmasını etiraf edəcək sözdən başqa bi şey deyildi...!?
Müşfiqin ağrıları günbəgün çoxalsada, "müalicə müəssisəsinə" gedişinə "dobro" verilmirdi.
Öz variantlarımla ondan xəbərsiz,Müşfiqin "MM"-ə getməsinə nail oldum!
Bir aydan sonra,Xarici Ölkələrin Bakıdakı rezident əlaqələndiricilərin köməkliyi ilə özümdə "MM"-ə yatab edildim.
Xüsusi rejimli həbsxanadan gətirilənlər bir qayda olaraq,karsda saxlanılırlar.
Şöbələrə qalxmaqdan ötrü baş həkimə ən azı 200 manat rüşvət ödəməlisən.
Burada da hər hansı müalicədən söhbət gedə bilməz.
Sadəcə olaraq,hər gün şizofreniklərə verilən ağrıkəsici narkotik tərkibli dərmanlardan ağır xəstələrədə verilir ki,axşam növbədə olan həkimi və ya "depenka"nı narahat edən olmasın.
Sahibsiz və hüquqsuz məhkumlar hər gün ən azı
2-si ölürdü və onların daxili orqanlarını əslən Bərdədən olan Allahyar Xəlilov adlı üzdəniraq "ekspertiza"adı altında yarıb pişiklərə yem etdirirdi. 
Bu kimi hannibalizm,amoralizm,faşizm cinayətlər barədə cənab Prezidentə və HMO-ya yüzlərlə müraciət etmişəm,"mm"-in baş həkimlərilə,ƏN-yi Tibb Baş İdarəsinin rəisi Rəfail
Mehdiyevlə onlarla məhkəmə çəkişmə,qərarları mövcuddur !!!?
Hər kəs,o cümlədən dövlət orqanları və qurumları Mənə deyirdi ki,sən nə istəyirsən?, sistemi düzəltmək sənəmi qalıb?,bu bizim mahiyyətimizdir.
Müşfiq Beydullayevdən tələb edilən 400 manat rüşvəti vermədən onu Əhmədli qəsəbəsində yerləşən "MRT"-yə göndərilməsinə də nail oldum.
Müşfiq "MRT"-dən qayıdanda Mən "proqulka"da ömürlük məhkumlar Vüqar Şəmkirli,Akif Şəkililə söhbət edirdim.
Heç imkan vermədi ki,soruşum ki,necə oldu?...
"Hacı uşaqlarım Sənə əmanət,mənim yolum o tərəfədir.Xərçəng bütün bədənimə metastaz verib...."
Bir az söhbətləşdik.Uşaqlarını çox sevirdi.2 qızı,2 oğlu var.
Dedi ki:" məni elə döydülər ki...çox qorxdum.Bizim nəsildə bu xəstəliyə tutulan ilk şəxs mənəm".
Mən "MRT"-nin çox vaxt yalan diaqnoz verdiyini,hətta onunla birlikdə gedən həkim Hafiz Heydərovu Mənim dediklərimi təsdiqlətsəmdə...
Günbə-gün əriyirdi...sümükləri qalmışdı...
Xahiş etdi ki,uşaqlarımı,ailəmi görmək istəyirəm..
Dərhal telefon əlaqəsi yaradıldı və sabahısı gün əzizləri ilə görüşdü...
Ləyaqətli,Vicdanlı İnsanlar Var olsun!
2016-ci ilin 01 yanvarında Müşfiq Beydullayev gözlərini əbədi yumdu.
Onun Mənə verdiyi əlyazmalarını,vəsiyyətlərini etməyə bilmərəm.
Bu mənim İnsanlıq borcumdur.
Eyni zamanda, Vətəndaşa fiziki-cismani-mənəvi işgəncələr verərək xəstəliyə düçar etmiş,azyaşlı övladlarından və ailəsindən ayrı salmış vəzifəli şəxslərində cəzalandırılması gündəmdədir !
Müşfiq Beydullayev 8 saylı həbsxanaya gələrkən rəis-Mırtız Sadıxov, rəis müavini -Ərəstun Əzizov,  "depenka"-Rəsul Rüstəmov....olmuşlar.
Dəyərli-Ləyaqətli soydaşlarım!
Həbsxanadakı yaxınlarınıza sahib çıxın onları tək buraxmayın!
Maddi imkanınız olmasada belə,mənəvi dayaq olun!
Deyilməsin ki,sahibsizdir,kitabın çöndəriblər!
Deməyin ki,dövlət yoxdur!
Dövlətimiz də var,azda olsa Ləyaqtli-Vicdanlı dövlət məmurlarıda...
Siz,özünüzün və doğmalarınızın hüquqlarını evinizin daşları kimi qoruyun,müdafiə edin!

P.S. İDEAL-ın əməkdaşı L.Kərimova bu gün ƏNPX 8 Saylı C.Ç.M-in sapıq üzdəniraq rəisi mırtız sadıxovun rəhbərliyilə qətlə yetirilmiş Müşfiq Beydullayevin Şamaxı şəhəri,Dağ Bağırlı kəndindəki məzarlıqda və yaşadığı evdə olmuşdur.

P.P.S. Qətl hadisəsinə görə heç kim cəzalandırılmayıb.