Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağda separatçılara qarşı apardığı antiterror tədbirləri zamanı şəhid olan hərbçilərimizdən biri də Vəliyulla Elman oğlu Əliyevdir.
İDEALMEDİA.az-ın məlumatına görə, siyasi şərhçi Fuad Çıraqov şəhid barədə ətraflı məlumat təqdim edib.
O qeyd edib ki, Vəliyulla Əliyevdir Rusiyanın Dərbənd şəhərində doğulub, böyüyən azərbaycanlıdır.
Vəliyulla Əliyev Azərbaycanda hərbi məktəbdə təhsil alıb, məzun olandan sonra Rusiyaya qayıtmaq istəməyib. Halbuki məzun olandan sonra qayıdıb Rusiya ordusunda xidmət etməli idi.
“Özü bir dəfə söhbətdə dedi ki, başqa ölkənin bayrağına hərbi salam vermək və qulluq etmək istəməyib”.
Vəliyulla 2020-ci ildəki Vətən müharibəsində qəhrəmancasına döyüşüb və ağır yaralanıb.
Sağalandan sonra hərbi xidmətini davam etdirib, yenə də ən ağır tapşırıqların icraçılarından olub.
Uzun müddət Azərbaycan vətəndaşlığı almaq üçün çalışan V.Əliyev nəhayət şəhadətindən əvvəl həmin sənədi əldə edə bilib.
Antiterror tədbirləri zamanı şəhid olan Vəliyulla Əliyevin nəşi Bərdəyə aparılıb.