Bu gün:


“Azeri Light” bir az da ucuzlaşdı

Tarix: 23.09.2023 / 11:32  •   Oxundu: 60 dəfə  •  

Dünya bazarlarında “Azeri Light” (CIF)  markalı Azərbaycan nefti ucuzlaşıb.
 
İDEAL MEDİA.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.81 dollar və ya 0.80% azalaraq 99.97 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün neftimiz 100.78 ABŞ dollarına ticarət edilib.
 
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.