Bu gün:


İsrail həlak olan hərbçilərinin sayını yenilədi

Tarix: 12.10.2023 / 10:39  •   Oxundu: 98 dəfə  •  

İsrail ordusu HƏMAS-ın hücumları nəticəsində həlak olan hərbçilərinin sayını yeniləyib.
İDEAL xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, oktyabrın 7-dən bəri İsrail ordusunun 220 hərbçisi həlak olub.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS və "İslami-Cihad" hərəkatının İsrailə kütləvi hücumu baş verib. Nəticədə yüzlərlə israilli ölüb və yaralanıb, həmçinin girov götürülüb.
İsrail ordusu "Dəmir qılınc" əməliyyatına başlayıb.