Bu gün:


MƏHKUMUN 2 QABIRĞASI SINDIRILDI! CİYƏRİNƏ QAN DAMIR!

Tarix: 17.10.2023 / 18:37  •   Oxundu: 555 dəfə  •  

Bu gün İDEAL-a məlumat verən Şəmkir şəhər sakini İsmayılova  Məlahət Adil qızının söylədikləri insan hüquq və əsas azadlıqlarına sözün tam mənasında şok terapiya yaratmaqdadır...

     Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı konslagerində zülm çəkən məhkumların, eləcədə məhkum yaxınlarının verdiyi məlumata əsasən, 8 saylı konslagerin “palajenisi”, əslən Gəncə şəhərindən olan Elvin Kərimov və onun “bratvaları”  Vaqif, Mamed, Babək adlı “bespredellər”, əslən Fatmeyi kəndindən olan (əldə etdiyimiz məlumata əsasən sabiq Bakı meri Rəfayıl Allahverdiyevin yaxın qohumu) Şərifov Əzizağanı katyola çağıraraq bildirmişlər ki, bir daha rəis heyətidən,  o cümlədən məhkumlar arasında şəlpə ləqəbi ilə tanınan sabiq Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun baldızı  Sidiqənin kürəkəni rəis Süleyman Səlimovdan, əməliyyat şöbəsinin rəisi Hafiz Məmmədovdan, rejim şöbəsinin rəisi Vüqar İsayevdən bu və ya digər formada qanunla hər hansı bir məsələ barədə tələb irəli sürərsə, məhv edəcəklərini bəyan etsələrdə Əzizağa Şərifov onlarla razılaşmayaraq öz hüquqlarının müdafiəsi uğrunda bundan sonra da dirəniş göstərəcəyini bildirir. Əzizağanın dediklərindən xoşlanmayan “rəis” heyətinin arsenalında olan mahiyyətcə QıF-lar Əzizağa Şərifovun təkliyindən istifadə edərək, ona hücum etmiş, ölümünə tapdalamışlar. Hadisə 1 saat çəksədə hadisə yerinə gələn hər hansı bir “paqon” olmamışdır. 

     Bilinsin ki, 8 saylı konslagerdə inzibati bina ilə açıq zonun arasında hər hansı bir sədd yoxdur, korpuslar bir-birinə baxır. Bundan əlavə hesab etsək ki, orası xüsusi rejimli C.Ç.M-dir və burada daimi nəzarətçilərin gəzişməsi vacib şərtlərdəndir. Deməli rəis heyəti “Obşak” quruluşunun arxasında gizlənərək xoşları gəlməyən məhkumları bu cür vasitələrlə sıradan çıxarırlar.

     Əzizağa Şərifovun həyatda heç kimi yoxdur. O, Lomonosov adına Dövlət Universitetini bitirib. Həbsdə olduğu dönəmdə anasını, bacısını və qardaşlarını itirmişdir. Sifarişlə şərlənərək həbs edilən Əzizağa Şərifov döyüldükdən sonra əməliyyat və rejim şöbələrinin “rəisləri” nəzarətçiləri vasitəsi ilə sürüyə-sürüyə karsa atmış, oradan isə Penitensiar Xidmətin Böyük Şör qəsəbəsində yerləşən “müalicə müəsisəsi” adlı pritona etab etdirmişlər.

     Əzizağanı sıradan çıxardıqdan sonra banda üzvləri onunla birlikdə çörək yeyən əslən Şəmkir şərəhindən olan Şəmkir Şəhərin sabiq İcra Başçısı Aslan Aslanovun oğlu Ruslanın qətlə yetirilməsində ittiham edilən, ömürlük azadlıqdan  məhrumetmə cəzasından azad edilmiş Vüqar Əliyevə yenidən inzibati binaya çağrılaraq hədə-qorxu gəlinmiş, baş vermiş kriminallarla bağlı çöldə kiməsə məlumat verəcəyi təqdirdə Əzizağa Şərifova etdiklərini onada yaşadacaqlarına and-aman etmişlər. Ardınca heç bir əsas olmadan Vüqar Əliyevi də müalicə müəssisəsinə etap etmişlər. 

     Bu barədə İDEAL-a məlumat verən Vüqar Əliyevin anası İsmayılova Məlahət Adil qızı xahiş etmişdir ki, övladının və Əzizağa Şərifovun başına gətirilən müsibətlərə hüquqi qiymət verilməsi üzrə müvafiq dövlət orqanlarına və eyni zamanda cəmiyyətə məlumat verək. 

Bizdə öz növbəmizdə müvafiq dövlət Orqanlarından “Obşak” quruluşunun arxasına arxa olan 8 saylı konslagerin simasız quldurları barəsində tədbir görmələrini rica etməklə yanaşı, olayı sonuna qədər diqqətimizdə saxlayacayıq.

Mehriban Əliyeva