Bu gün:


RÜŞVƏT VƏ KORRUPSİYA BAKI FEODALLARINI KOR EDİB!

Tarix: 18.10.2023 / 12:17  •   Oxundu: 276 dəfə  •  

Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 11 ünvanında rüşvətxor məmurlar  tərəfindən həyata keçirilən iyrənc kayotalar barəsində yazmış olduğumuz faktlar üzrə real tədbir görülməməsinin birinci və başlıca səbəbi rüşvətxor və korrupsioner məmurların həmin zibilxanadan yemləndiklərini şərtləndirir. Bu ərazidə yerləşən “ticarət obyektlərinin” demək olar ki hamısı vəzifəsindən çıxdaş edilmiş və ya hal- hazırda vəzifədə təmsil olunan simasız quldur məmurlara məxsusdur. Bu “məmurlar” vəzifə səlahiyyətlərindən istifadə edərək paytaxtın mərkəzi küçələrini, zirzəmilərini, səkilərini zəbt edərək, özününküləşdirmişlər. Zəbt etdikləri ərazidə xalqın xeyrinə hər hansı bir işlə məşğul olsaydılar nə var idi ki.... 

     Zəbt olunmuş bütün zirzəmilər və səkilər bir qayda olaraq əxlaqsızlığın və fahişəliyin inkişafına hesablanmış pezəvəngliklərdəndir. Bu azmış kimi, bir tərəfdəndə azyaşlı uşaqları narkoman etmək amacı ilə xaricdən oğurlanmış oyunlara cəlb edirlər ki, bunada heç bir dövlət nəzarəti yoxdur. 

     Məsələn, Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbi ilə üzbə-üz, 28 may küçəsilə kəsişən məkanda fəaliyyət göstərən “Paranormal Baku” adlı priton bu qəbildən olan obyektlərdəndir.

     Şüuru olan istənilən insan hər gün axşam saat 6-dan sonra gecə saat 2-yə kimi bu ünvanda 12-13-14-15 yaşlı oğlan və qız uşaqlarını görə bilərlər. Görəsən məqsəd nədir?

Bu cür üsullarla evlərinə çörək daşıyan nakəslər bu xalqdan kimin qisasını almağa çalışır?

Ermənilərin, yoxsa zibilxanaya çevrilmiş həyatlarının?!

 

Nərminə Rüstəmxanlı