Bu gün:


BƏLƏDİYYƏ SƏDRİ YOXSA SƏLƏMÇİ?

Tarix: 25.10.2023 / 15:49  •   Oxundu: 252 dəfə  •  

     İDEAL-a daxil olan çoxsaylı şikayətlərdən biridə Abşeron rayon Masazır qəsəbə Bələdiyyəsinin sədri Azər Quliyevlə bağlıdır. Vətəndaş Ələkbərov Fuad Mehdixan oğlunun bizə ünvanladığı müraciətdə bildirir ki, davranışları bələdiyyə sədri əvəzinə sələmçini anımsatan Azər Quliyev, torpaq satmaq adı altında onun külli miqdarda pulunu mənimsəmiş və ona həm maddi həmdə mənəvi ziyan vurmuşdur.
     Əvvəlcə vətəndaşın müraciətini qısa nəzərdən keçirək:
     Ələkbərov Fuad Mehdixan oğlu 15000 (on beş min) manat ödəyərək Masazır Qəsəbə Bələdiyyəsindən 10 sot torpaq satın alır. Aradan bir neçə gün keçdikdən sonra məlum olur ki, torpağın başqa sahibləridə var. Vətəndaş Fuad Ələkbərov bundan sora Abşeron rayon Masazır qəsəbə Bələdiyyəsinin sədri Azər Quliyevdən verdiyi pulu tələb edir. Nəticə etibarilə pulda gedir, torpaqda...
     Məsələyə öz baxış bucağımızdan nəzər yetirdikdə görürük ki, vətəndaşın fundamental konstitusion hüquqlarına “poz-qazan” münasibəti bəsləyən “məmurların”, “dövlətin malı dəniz, yeməyən öküz” düşüncəsi, nə ilk nədə ki sondur. Belə bir sual yaranır:
Nə üçün məmur özbaşınalığından əziyyət çəkən vətəndaşların məsələlərinə baxılmır hətta görməzdən gəlinir?
Çünki, müvcud reallığı nəzərə alaraq deyə bilərik ki, belə hallarda zərər verən tərəf küllü miqdarda rüşvət verərək sözün əsl mənasında sudan quru çıxırlar.
     Təəsüflər olsun ki, yaşadığımız ölkədə rüşvətlə vəzifəyə gələn məmurlar verdiyi “mayanı” çıxartmaq üçün vətəndaşlara “canlı valyuta” kimi baxırlar.Hər hansı bir vətəndaşın xırda məsələsini belə rüşvət seqmentində qeydiyyatdan keçirirlər. Bu kimi halların dəfələrlə təkrar olunmasına, ictimai qınaq obyektinə çevrilməsinə baxmayaraq Azərbaycan Respublikası Konstitusiyasından xəbərdar olmayan “day-daylı” məmurlar hələdə öz çirkin xislətlərini davam etdirirlər. Onları nə dövlətçilik, nə vətənpərvərlik, nədə ki Milli Maraqlar düşündürür.
     Gənc yaşda Abşeron rayon Masazır qəsəbə Bələdiyyəsinin sədri vəzifəsinə yüksəlmiş, dövlətin verdiyi səlahiyyətdən dövlətin xeyrinə deyil, öz xeyrinə istifadə edən, bələdiyyə torpağını bir neçə şəxsə sataraq pulları mənimsəyən Azər Quliyevin “uğurlu ticarətinə” isə biz hələ dönəcəyik.
Fakt üzrə Hüquq-Mühafizə Orqanlarına şikayət edilmişdir.


Mövzu diqqətimizdədir!
                                                                                              Polad Musayev