Bu gün:


SUMQAYITDAN MASAZIRA UZANAN QUYRUQ!

Tarix: 02.11.2023 / 22:50  •   Oxundu: 256 dəfə  •  

Bu ölkədə bütün cinayətlərin və cinayətkarların başı eyni qoltuq altında olmaqla yanaşı, himayədarlarıda onlara qarşı mübarizə aparmalı olan,mafioz qurumların nəzarətindədir. Təhməzov Çingiz Nuridə oğlu. Əslən Laçından olan Çingizi Laçın Abşeron polisi həm axtarır həm də himayə edir.

     Ötən il arvad simsarlığı üzrə cinayət ortağı olmuş Sumqayıt Bulvar İdarəsinin rəhbəri Seymur Məmmədov ilə birlikdə dələduzluq maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilsələrdə, son nəticədə iri buynuzlu dələduz ortaqlarının direktivləri üzrə məhkəmə hər ikisinə 5 il şərti imtiyaz versədə arxalı ortaqlar bu gün də öz çirkin niyyətlərini artan xətt üzrə davam etdirməkdədirlər.

     Hazırda Ədliyyə Nazirliyi  Penitensiar Xidmətin 8 saylı C.Ç.M-də cəza çəkən Talıbov Əjdər Fərrux oğluna məxsus 20 sot torpaq sahəsini xəbəri və razılığı olmadan ilhaq edərək 100000 (yüz min)  manata başqa şəxslərə satmış, Çingiz Təhməzov bu gün onun qanunsuz hərəkətlərinə STOP verməli olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Abdin Fərzəliyervin qara kassası hesab edilən Nurlan Həsənov dələduz Çingiz Təhməzova arxalıq edərək həmin ərazidə tikinti işlərinin aparılmasına “dobro” vermişdir. 

     Paradoksaldır. Nədən ölkənin əksər sferalarında qanunlar rüşvətə hamilə qalmaqda davam edir? Laçın, Abşeron, Sumqayıt polis lövhələrində axtarışda olan şəxs kimi məhşurluq qazanmış Çingiz Təhməzovun. Laçınların daha çox məskunlaşdığı masazırda dələduz çinayətlərinin daha çox törətdiyi Abşeron və Sumqayıt şəhərlərində himayədarları hansı dövlətin qanunlarına tabedir?

     Ötən sayımızda Masazır Bələdiyəsinin sələmçi rəhbəri Azər Quliyevin  əməllərindən yazdıq və o, çıxdaş edildi. Yenisi gəlib. Deyilənə görə başı aşağı, üzü yola pulunu qazanan “zəmanə” uşaqlarındandır. 

     İDEAL-ın qaldırdığı Vəsatət üzrə Abşeron Rayon Prokurorluğunda  araşdırılması davam etdirilən Azər Quliyev və Çingiz Təmhməzov cinayətlərinin ittiham aktının yekun mərhələsini gözləyirik. Növbəti saylarımızda zərərçəkmişlərin unison mövqeləri bizim təqdimatımızda. 

PS: Abşeron Rayon İcra Hakimiyyəti Başçısı müavini Nurlan Həsənovun hami qoruyucusu, Rauf Babayevin qudası, Abdin Fərzəliyevin məsələyə həssas yanaşması zəruridir. 

                                                                                                   

Polad Musayev.