Bu gün:


Fransız diplomatlar Makrona qarşı çıxdılar – Nota

Tarix: 14.11.2023 / 18:25  •   Oxundu: 99 dəfə  •  

Fransanın Yaxın Şərqdəki bir neçə səfiri Parisin İsrail-Fələstin münaqişəsindəki mövqeyini pisləyən kollektiv nota imzalayıb.
İDEAL xəbər verir ki, bu barədə “Le Fiqaro” nəşri məlumat yayıb.
“Fransanın Yaxın Şərqdəki və bəzi Məqrib ölkələrindəki bir neçə səfiri Prezident Emmanuel Makronun İsraillə HƏMAS arasındakı müharibədə israilyönlü mövqe tutmasını pisləyən nota imzalayıb”, - məlumatda deyilib.
Parisdəki adı açıqlanmayan bir diplomat nəşrə bildirib ki, nota birbaşa Yelisey Sarayına göndərilib:
“Fikir ayrılığı notası” adlandırılan bu notada səfirlər böhranın əvvəlində İsrailin xeyrinə olan mövqeyimizin Yaxın Şərqdə səhv başa düşüldüyünü və bunun israillilərlə fələstinlilər arasında ənənəvi balanslaşdırılmış mövqeyimizə zidd olduğunu təsdiqləyirlər”.