Bu gün:


İDEAL PARTİYASININ BAŞKANI NAZİM QULİYEV ( NAZİM İDEAL) FACEBOOK SƏHİFƏSİNDƏN

Tarix: 22.11.2023 / 18:21  •   Oxundu: 119 dəfə  •  

BAKININ DƏRDİ VAR MƏMUR XƏSTƏDİR!
Nəsimi Rayonu 28 May,Dilarə Əliyeva,Rəşid Behbudov,Füzuli,Azadlıq,Nizami,Xəqani küçələri İcra Başçılarının, məmurlara məxsus gəlir obyektlərinin daha çox yerləşdiyi məkanlardandı...
28 May küçəsi 11 ünvanında generalların,nazirlərin,nazir müavinlərinin arzu və istəklərinə uyğun  "inşa edilmiş Zibilxana Zavodu" ləğv edilsədə, yanğınsöndürən maşınlar üçün nəzərdə tutulmuş qapının giriş hissəsi bombalanmış şəhərə bənzəyir.
Adlarını çəkdiyim küçələrin zirzəmiləri,səkiləridə hakimiyyət resurslu Hacı Məmmədov xislətli qanqsterlər,qaranlıq üsullarla ailə-uşaq saxlayan oliqarxlar tərəfindən ilhaq edilmişdir.
Konstitusianın 12-ci Maddəsində (Dövlətin ali məqsədi) deyilir:
1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının,Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
2. Bu Konstitusiyada sadalanan İnsan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
Qarbağ döyüşçüsü,Partiya Başkanı,Vətəndaş olaraq hesab edirəm ki, Dövlətimizin Ali Məqsədi bu ünvanlarda da hörmətsiz və nüfuzsuz vəziyyətə salınmaqdadır.
2000-ci ildən Qeydiyyatda olduğum mülkümün zirzəmisi,səkisi qanunsuz olaraq zəbt edilmişdir.
Kazusların aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevə və digər dövlət qurumlarına rəsmi müraciət etmişəm.
Ötən həftə müraciətimlə bağlı Bakı Şəhəri Baş Polis İdarəsinin rəsmisi Elçin Hüseyinlilə görüşdük.
Danışığından nəticəni təxmin etdim ki, problemin həlli onlarlıq deyil?!
Bu günsə özünü "Sədərək" ticarət mərkəzinin sahibi Yusif Qədimovun sözçüsü kimi təqdim edən Qurban Qurbanov inisiallı şəxs zəng edib bildirdi ki, 28 May küçəsi 11 və Dilarə Əliyeva küçəsi ərazisindəki zirzəmi Yusif Qədimova məxsusdur və "Paranomiya Baku" adlı obyektidə icarəyə vermişik....(((
Məni düşündürən və qayğılandıran əsas məsələlərdən birincisi-xüsusi mülkiyyət hüquqilə Mənə məxsus olan əmlakın zirzəmisi hansı formada başqasının sərəncamına verilə bilər?
Hansı özünə hörmət edən İnsan ona məxsus əmlakın zirzəmisindən,sağından,solundan gecələr aktiv fazada gələn əcaib səsləri rahatçılıqla dinləyə bilər?
Şəhərin baş planına uyğun inşa edilmiş memarlıq binasının səkilərini zəbt edib zirzəmilərə çıxış yapılması icazəsini verən başı mədələşmiş məəmırrr(lar) kimdir?
Fərqindəyəm.
Ki, qaydaların qanunlar,rüşvətin İnsan taleyi üzərində dominantlıq etdiyi,mafiyanın dövlət aparatında kök saldığı bir ölkədə bu kimi kazusları ortaya qoymaq repressiv idarəçilərin başlarına qapaz vurmaq kimi bir şeydir.
Lakin,amma,ancaq Qarabağı erməni alçaqların işğalından azad etdiyimiz kimi Bakı küçələrini,zirzəmilərini,dalanlarınıda çirkli pullar qazandıran pritonlardan xilas etməliyik!