
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə baş verən hadisələri daima gündəmdə saxlayan media quruluşu olaraq illərdir ki, həmin sistemin rəhbərliyi səviyyəsində dövlət, prezident, xalq adına yaraşmayan qanundan və dövlətdənkənar siyasətin iyrənc sifətlərini görməkdəyik.
Penitensiar Xidmətə yenicə təyinat almış, Ədliyyə Nazirinin müavini General-Mayor Mirsaleh Miradiloğlu Seyidovun az bir müddət ərzində görmüş olduğu ümummilli maraqlara söykənən təqdirəlayiq işlər barədə İDEAL-a hər gün yazılı və şifahi formada müraciətlər daxil olmaqdadır.
Məhkum ailələri, yenicə azadlığa qovuşmuş məhkumlar General-Mayor Mirsaleh Seyidovun əməllərini elə təsəvvür edirlər ki, adam doğurdanda özünü həmin anda hüquqi dövlətin bərabərhüquqlu vətəndaşı kimi hiss edir.
Bu gün redaksiyamızda olan və yenicə azadlığına qovuşmuş 1962-ci ildə Füzuli rayonunun Qərbənd kəndində anadan olmuş və uzun illərdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı C.Ç.M-də (“osobu”) cəza çəkmiş Məmmədov İsmət Məmməd oğlunun söylədikləri:
- “Uzun illərdir ki, ankoloji xəstəliklərdən əziyyət çəkirəm. Eyni zamanda gözlərimlə ciddi problemlər yaşayıram. 30 sentyabr 2023-cü il tarixində Mirsaleh Seyidov Ədliyyə Nazirliyinin Böyükşor qəsəbəsində yerləşən Müalicə Müəssisəsinin cərrahiyə şöbəsinin 6-cı palatasına gəlmişdi. Mirsaleh müəllim təkcə məni deyil, eyni zamanda bütün xəstə məhkumları dinlədi və onların heç birini ümüdsüz qoymadı. Hər birilə individual olaraq söbət etdikdən sonra qərarlar qəbul etdi. Mənimdə barəmdə göstəriş verdi ki, dərhal cəza cəkdiyim Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı C.Ç.M-nə qaytarılım. Müssisəyə qaytarıldım və tez bir zamanda Qaradağ Rayon Məhkəməsi barəmdə azadadlığa buraxılmağımla bağlı “Qərar” qəbul etdi. Cəzamın bitməsinə 2 il 1 ay 15 gün qalmışdı...!”
Bundan əlavə digər məhkumlar və məhkum ailələri Mirsaleh Seyidovun yeni vəzifə təyinatından sonra sistemdə 180 dərəcə dönüşün olduğu, xüsusilə həbsxanada saxlanılan aztəminatlı məhkumların yaşaması üçün dövlət adından göstərilən qayğıdan xüsusi minnətdarlıq bildirərək qeyd edirlər:
- “Mirsaleh Seyidovun təyinatından sonra bütün C.Ç.M-də geyim, yataq dəstləri, yemək, içmək, Avropa standartlarına uyğun şəkildə həyata keçirilir...”
Uzun illərdən bəri qulaqlarımız bu sistemdə kök salmış despot və rüşvətxor məmurların cinayətləri ilə dolduğu bir zamanda İDEAL Redaksiyasiyasında General Mirsaleh Seyidov barədə vətəndaşlarımızın yazılı və şifahi müraciətlərini dinlədikdən sonra sadəcə QÜRUR duyursan!
Media mənsubu olaraq istənilən sferada dövlətimizin adını və xalqımızın qürurunu uca tutan, vətəndaşların Fundamental Konstitusion Hüquqlarına hörmət edən hər bir dövlət məmuru bizim üçün hörmətlidir. Lakin, bu sferada kifayət qədər məlumatlı olan bir şəxs kimi və eyni zamandan vətəndaş-jurnalist kimi bildirməliyəm ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində 2 qola ayrılmış islah və “tibb xidmətləri” bütövlükdə Penitensiar Xidmətin rəhbərliyinə bir başa tabe olsaydı ölkə və ölkə xaricində dövlətimiz adından sərgilənən utancverici hadisələr bitmiş olardı. Çünki, XARAKTER MÜKƏMMƏL TƏRBİYƏLƏNMİŞ İRADƏDİR!
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyevi, onun qara kassası İftixar Qurbanov, əlaltıları müalicə müəssisəsinin baş həkimi Nicat Cəlilovu və digər rüşvətxor tibb sanitar hissələrinin (TSH) rəislərini yalnız və yalnız Mirsaleh Miradiloğlu Seyidov islah edə bilər.
Heç bir anti-tezis hazırlamadan de-fatko, de-yure bu belədir!
Rüfət Kamil