Zaman bizə göstərdi ki, bütün dövrlərdə Azərbaycan “mediası” nəinki dilsiz şeytan və eyni zamanda repressiyaların, sutuner dairələrin əlaltısı, kənizi, tulası rolunda istifadə edilmiş, edilir yəqin ki, bundan sonrada ediləcəkdir...
Son zamanlar xaricdən maliyələşdirilən media mənsubları bu və ya digər şəkildə susturulur, həbsə atılır.
Birmənalı olaraq qanunlardan vətəndaşların susturulması üçün istifadə etməyi cinayət hesab edirəm.
İDEAL MEDİA GROUP-un qurucusu, İDEAL Partiyasının Başkanı Nazim Quliyevə qarşı Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, onun xidmətində olan marginal orqanlardan və eyni zamanda arsenalındakı “qadınlardan” istifadə edilərkən, heç bir media qruluşundan dəstək gözləməsək belə, ardımızca 3 il sərasər ağzına və çənəsinə axıdılanlardan bəhs edən şenok mediasının yazdıqlarını hər kəs xatırlayır. Hansı ki, həmin “media quruluşu” bir zamanlar düşmən bildikləri Heydər Əliyev barəsində cəmi 6 ay yazmışdılar.
Nazim Quliyevə qarşı iftira krujevaları düzənlənərkən, xanım əməkdaşlarımız belə təqib edilirdi. Banditizm, Korrupsiya İdarəsinə ard-arda çağrılırdılar. 125 ailənin çörəyi kəsilərkən zaman-zaman satılmaq üçün növbəyə duran aftafa, trelebus, tramvay, sabun, papka “partiya rəhbərləri”, nədəki onlarla eyni axurdan yemlənən “media quruluşlarından” bir kimsə etiraz etmədi.
Şükürlər olsun ki, Nazim Quliyev adımızdan dolayı represiyanın ağırlıq yükündən asılı olmayaraq Mərd və Qürurlu şəkildə kəfəni yırtıb çıxdı. Bu gündə yüzlərlə məhkum ailəsi, aztəminatlı vətəndaşlar, ŞƏHİD ailələri ümid ünvanı olaraq məhz BİZİ - İDEAL-ı, Nazim Quliyevi seçir.
Biz öz yerimizdəyik.
Bəs arxamızca hürənlər hardadır?
Təkcə Nazim Quliyevin deyil, bu gün yallandığı hakimiyyətin belə haqqında dezinformasiya yayan həmin “media quruluşları” ata,itə, donuza pay edilən medalla birkalanıb, cəmiyyətdə de-şifre olunmasına görə əslinə qalsa hökumətə sağol düşür.
2008-2009-cu ildə Nazim Quliyevi şərləmək üçün istifadə olunan ictimai-siyasi fəallar aşağıdakılardır:
- Rüstəmxanlı Tənzilə Yolçu qızı.Azəri-Türk Qadın Cəmiyyətinin sədri, deputat Sabir Rüstəmxanlının həyat yoldaşı .
- Məmmədova Adilə Cahangir qızı. Azəri-Türk Qadın Cəmiyyətinin sədr müavini, turan partiyasının “sədri” Cahandar Bayoğlunun bacısı.
- Hüseynova Elmira Əşrəf qızı. Azərbaycan Beynəlxalq Universitetinin müəlliməsi. ABU-nin rektoru Elşad Abdullayevin baldızı. Eks Təhsil Naziri Misir Mərdanovun qardaşı İlhamın qudası, Xətai YAP-ın əlləməsi (sədr) Hüseyinbala Mirələmovun kirvəsi.
- Mahmudova Səbirə Hümbət qızı. Qarabağın həcəti.
- Mehdiyeva Natavan Arif qızı. ABU-nin rektoru Elşad Abdullayevin calaqçısı, “son söz” adlı üzdəniraq qəzetin 6 aylıq balasalanı, deputatxanadaki Aytacın bacısı...
- Ağalarova Göyçək Teymur qızı. Azəri-Türk Qadın Cəmiyyətinin üzvü, əmməkdar üzəduran.
- Əmirova Gülnar Hacıbala qızı. Azəri-Türk Qadın Cəmiyyətinin üzvü, əmməkdar üzəduran.
- Yusifova Şeyla Səməd qızı. Ata Abdullayevin anası, əmməkdar jurnalist.
- Xaçaturyan Ella Borikoviç. “Azərbaycan” mehmanxanasının adminstaratoru Ramiz Mehdiyevin qohumu.
- Balayan Zara Ruveltoviç. “Azərbaycan” mehmanxanasının adminstratoru, Ramiz Mehdiyevin qohumu və. s,
Bu yazdıqlarımı Dövlət Arxiv İdarəsində İDEAL-ın hər bir nüsxəsini 1000 manatdan satmış direktor belə gizlədə bilməz. Niyə? Çünki 35 ton ittiham aktı, Məhkəmə hökmü, “Qərarı” dövlət adına yüklüdür. İndi siz düşünün bu adamların ailə üzvləri, özləri televizyalara “ekspert” kimi dəvət edilirlər. Bəzi xoşqeyrət, xoşqədəm ailələrə “ağsaqqal”, “ağbirçək” kimi dəvət alırlar. Türk, Turan adına moizələr oxuyurlar.
Əlbətdəki şüurlu həyat yaşayan hər kəs bilir ki, Bakı küləklər şəhəridir, Korlar şəhəri deyil!
Ölkədə baş verən hadisələri hiss etməyənlər, görməyənlər, duymayanlar sadəcə kor və şildirlər. Həbsdə olan bütün günahsız insanların azadlığını tələb edirik. Onların sayı təxmini 20.000 nəfərdir!
ALLAH MİLLƏTİMİZİN QAPISINI AÇSIN!
Rüfət Kamil