Bu gün:


Bakı yeni format irəli sürür: Türkiyə masaya oturur

Tarix: 15.12.2023 / 10:18  •   Oxundu: 82 dəfə  •  

Bakı və İrəvan ikitərəfli formatda razılaşma əldə etsə də, Qərb prosesin Vaşinqton və Brüssel masasında davam etdirilməsi istəyindən əl çəkməyib, Ermənistan da sülh müzakirələrinin üçüncü tərəflərin – ABŞ və Avropa Birliyinin iştirakı ilə aparılmasını istəyir. Vaxtilə Qarabağ məsələsinə görə Qərb platformasından istifadə edən Azərbaycan üçün mövcud şərtlərdə bu masa sərfəli deyil:
- Bakı Qərb platformasında əldə edə biləcəyi heç nə qalmayıb;
- Bu platformada Ermənistanın istəklərinə uyğun gündəlik - xüsusilə kommunikasiyanın açılması məsələsində - müzakirə olunur.
Azərbaycan ikitərəfli formatdan yanadır, lakin onu da anlayır ki, münasibətlər baxımından Qərb platformasından imtina uzun müddət davam edə bilməz. Məhz buna görə Türkiyənin də masada iştirakını irəli sürür. Ceyhun Bayramov Hakan Fidanla görüşdə bunu açıqladı. Azərbaycan Qranada görüşündən Türkiyənin iştirakının qəbul edilməməsinə görə imtina etmişdi. Artıq Qərb Bakının tələbindən xəbərdardırlar. Və mümkündür ki, Qərb platformasında danışıqların aparılması zərurəti güclənəcəksə, Bakı Vaşinqtonda danışıqların Azərbaycan-Türkiyə-ABŞ-Ermənistan, Avropada danışıqların Azərbaycan-Türkiyə-Avropa Birliyi-Ermənistan (Fransa da istisna deyil) formatında keçirilməsi şərti irəli sürə bilər.