Bu gün:


İDEAL PARTİYASININ BAŞKANI NAZİM QULİYEVİN (NAZİM İDEAL) FACEBOOK SƏHİFƏSİNDƏN

Tarix: 23.12.2023 / 18:26  •   Oxundu: 89 dəfə  •  

ZİNDAN  MƏĞLUBİYYƏT  DEYİL!
Son zamanlar İnsanların  ən çox bir-birilərinə dua etdiyi ən populiyar sözlərdən birincisi  ALLAH  ŞƏHİDLƏRİMİZƏ  RƏHMƏT  ELƏSİN, ikincisi də
ALLAH  QAPINIZI  AÇSIN ifadələridir !
Əlbətdə ki, istəklərimiz-sevgimiz-dualarımız TƏK ALLAHADIR.
Məni düşündürən və qayğılandıran əsas məqam bundan ibarətdir ki,hətta səni şərləmək üçün istifadə edilən şərin dişilərindən başlamış,iftira krujevalarını tikməyə məsul edilmiş qanun-insan alverçisi müstəntiqlərə qədər qapının açılması üçün ALLAHI çağırır.
Bəs o zaman qapıları bağlayan köstəbək kimdir?
İnsanlara zülm-işgəncə yaşadan diktator kimdir?
Başqa ölkələr də dəqiq deyə bilmərəm.Lakin bizdə bütün bunların günahkarı-düz söz,zalıma boyun əyməmək,haqqın və haqlının sözçüsü olmaq,məzlumun yanında,zalımın qarşısında durmaqdır!
Dilini dinməz qoyub,başı aşağı,üzüyola "yaşayanlar" partiyası dilbilməzlər partiyası ilə kəbin kəsdirdiyindən, bunlardan hərdən Məndə təyinatı üzrə istifadə edib atıram.
Amma,ancaq Adəm övladının özü,sözü olmalıdır.
Yaşayıb, yaşatmalı,yaratmalıdır.
Məğrur İnsanların mübarizə yollarını kənardan seyr edib "ağbirçəklik-ağsaqqallıq" etməməli,ən azından öz çapında vətəndaşlıq-insanlıq vəzifəsinin məsuliyyətini dərk etməlidir.
Yaşada bilmədiyi günlərin baş daşı olduğunu anlamalıdır.
Bunlardan məhrum adamların qapıları da,davrazaları da ömrü boyu bağlı qalar və UCA ALLAH-dan nə qədər dua etsək də həmin qapı açılmaz!
Çün ki,o qapını açan da,bağlayan da məhz Sən Özünsən!
Zalımın səni zindana salması məğlubiyyət deyil,qalibiyyətdir, savaşdır,mənəvi-vicdani-şərəfli ömrə xəyanət etməməkdir.
Lakin,bu geniş zonada problemsiz yeməyin-içməyin üçün  çaba göstərirsənsə,deməli hansısa da canlının yerini dar edənlərdən birisən!
Qanunların,Haqq-Ədalətin,azad sözün köləliyə salındığı,yüyənsiz QıF-ın medallandırıldığı,dövləti oğruçuların, kriminal-korrupsionerlərin özünü dövlət sandığı bir məmləkət də namuslu insanların ən abırlı yeri zindandır!