Bu gün:


NAZİM İDEAL: ZİNDAN MƏĞLUBİYYƏT DEYİL !

Tarix: 11.01.2021 / 15:14  •   Oxundu: 102 dəfə  •  

Son zamanlar İnsanların ən çox bir-birilərinə dua etdiyi ən populiyar sözlərdən birincisi  ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN, ikincisi də ALLAH QAPINIZI AÇSIN ifadələridir!

Əlbətdə ki, istəklərimiz -sevgimiz -dualarımız  TƏK ALLAHADIR.

Məni düşündürən və qayğılandıran əsas məqam bundan ibarətdir ki, hətta səni şərləmək üçün istifadə edilən şərin dişilərindən başlamış, iftira krujevalarını tikməyə məsul edilmiş qanun-insan alverçisi müstəntiqlərə qədər qapının açılması üçün ALLAHI çağırır.

Bəs o zaman qapıları bağlayan köstəbək kimdir?

İnsanlara zülm-işgəncə yaşadan diktator kimdir?

Başqa ölkələr də dəqiq deyə bilmərəm. Lakin bizdə bütün bunların günahkarı-düz söz, zalıma boyun əyməmək, haqqın və haqqlının sözçüsü olmaq. məzlumun yanında, zalımın qarşısında durmaqdır!

Dilini dinməz qoyub, başı aşağı, üzüyola "yaşayanlar" partiyası dilbilməzlər partiyası ilə kəbin kəsdirdiyindən, bunlardan hərdən Məndə təyinatı üzrə istifadə edib atıram.

Amma, ancaq Adəm övladının özü, sözü olmalıdır.

Yaşayıb, yaşatmalı, yaratmalıdır.

Məğrur  İnsanların mübarizə yollarını kənardan seyr edib "ağbirçəklik-ağsaqqallıq" etməməli, ən azından öz çapında vətəndaşlıq-insanlıq vəzifəsinin məsuliyyətini dərk edilməlidir.

Yaşada bilmədiyi günlərin baş daşı olduğunu anlamalıdır.

Bunlardan məhrum adamların qapıları da, davrazaları da ömrü boyu bağlı qalar və UCA ALLAH-dan nə qədər dua etsək də həmin qapı açılmaz!

Çün ki, o qapını açan da, bağlayan da məhz Sən Özünsən!

Zalımın səni zindana salması məğlubiyyət deyil, qalibiyyətdir, savaşdır, mənəvi-vicdanı-şərəfli ömrə xəyanət etməməkdir.

Lakin, bu geniş zonada problemsiz yeməyin-içməyin üçün çaba göstərirsənsə, deməli hansısa da canlının yerini dar edənlərdən birisən!

Yüz yıl, başı aşağı, üzü yola, ata-babanın deyil, qarnın üçün  başqasının portreti altında simulisiv ömür sürməkdənsə toprak altında və ya zindanda olmaq daha şərəflidir!