Bu gün:


Rəqəmsiz inkişafda internet problemi

Tarix: 27.12.2023 / 19:18  •   Oxundu: 149 dəfə  •  

Rəqəmsal "inkişaf" və Nəqliyyat Nazirliyində tıxac.
  Rəşad nəbiyev Nazirliyə təyinat aldıqda xəyal etdik ki, doğrudan da ölkədə rəqəmsal inkişaf, nəqliyyatın intellektual səviyyəsi "yüksələcək".
 Təəsüflər olsun ki, rəqəmsallıq anti-təkamül inkişafında, nəqliyyatsa yol həsrəti ilə tıxacdadır.
  İdeal qəzeti 598 07 00 telefon xətti üzrə internet şəbəkəsi olaraq hər ay çörək Tofiqin kürəkəni, qaz Nəbinin oğlu, Rəşadın nazir olduğu sistemə 21 manat pul ödədiyir, ödədiyimiz pulun müqabilində Baktelecom adlı ölü qurum bizə 1BEA-5 gücündə internet qoşqusu təqdim etməlidir.

    Bütün günü internet xəttimiz deputatxana kimi işləyib. Yəni ölü bir təhsisatı xatırladıb.
  Rəqəmsalı inkişaf etdirmək amacı ilə əvvəlcə Baktelecomun cəmiyyətə təqdim etdiyi 012 493 77 88 telefon nömrəsinə, ardınca Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 012 598 58 58; 012 598 68 68 telefon nömrələrinə və 1655 çağrı mərkəzinə etdiyimiz müraciətlər cavabsız qaldı. Bütün telefon nömrələrdən aldığımız cavab bu idi :" sistem yeni il bayramı münasibəti ilə Pub klubda yeyib-içib Həmrəylik nümayiş etdirməkdir..."

    əlbəttə ki, ödədiyimiz pulun müqabilində istədiyimiz internet sürəti yoxdur və bundan ötəridə nə nazir Rəşqaya, nə onun qara kassası yaşkaya nədə ki, katibəsi lyamaya telefon açıb xahiş etmək  düşüncəsindən çox-çox uzağıq.
    Nazir Rəşad Nəbiyevdən 012 598 07 00 telefon nömrəsi üzərindəki internet pay gücünü təcili təmin etməyi tələb edirik!