Universitet tələbəsi kibercinayət törətməkdə ittiham olunur.
İDEAL-a daxil olan xəbərə əsasən, universitet tələbəsi Hacıqabul rayon qeydiyyatlı Nuhizadə Fatimə Yaşar qızı bir sıra başqa şəxslərin bank kartlarının kodlarını ələ keçirərək “BOLT FOOD” kuryer xidmətinə sifariş verməklə külli miqdarda ziyan vurmuşdur.
Tələbə şəxsin törətmiş olduğu qanundankənar əməlləri ilə bağlı Bakı şəhər Polis İdarəsində aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, o tək deyil , şəbəkə şəklində fəaliyyət göstəriblər. Əldə etdiyimiz məlumata görə, Daxili İşlər Nazirliyinin 102 çağrı xidmətidən Bakı şəhər Baş Polis İdarəsinə araşdırılması üçün göndərilən materiallarda cinayət tərkibi olduğundan toplanmış materiallar istintaq şöbəsinə təhvil verilib.
Mövzu diqqətimizdədir.
Rüfət Kamil