Könül İsmayılova: Azərbaycan üçün ATƏT nağılı bitdi”
Tarix: 14.12.2020 / 15:07 •
Oxundu: 176 dəfə •
ATƏT-in Minsk qrupu həmsədrləri layiq olduqları kimi qarşılanıb, layiq olduqları kimi dinlənilib, layiq olduqları kimi də cavablarını aldılar. Mən deyərdim ki, hələ az oldu, sevinsinlər ki, ən azından dinlənildilər”.
ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.
Könül İsmayılovanın fikrincə, Prezident İlham Əliyevin həmsədrlərə - sizi mən dəvət etməmişəm, özünüz gəlibsiz, bəlkə kamera qarşısında mənə deyəcəyiniz var, buyurun deyin, yoxdursa, deyim getsinlər - deməsi ATƏT təmsilçilərinə tərs sillə olub:
“Bunlardakı sifətə baxın ki, bu qədər baş verənlərdən sonra durub gəliblər Azərbaycana. Elə bilirdilər ki, əvvəlki illər kimi, xoş qarşılanıb yeyib-içib gedib öz bildiklərini edəcəklər. Ağızları şirəyə batmışdı. Cənab Prezident yaxşı verdi cavabların. Qoy bütün dünya bir daha görsün və əmin olsun ki, Azərbaycan üşün ATƏT nağılı bitdi. ATƏT-ə ümid bağlayan Ermənistan da bu görüşdən öz mesajını almış oldu”.
K.İsmayılovanın fikrincə, sentyabrın 27-dən başlayaraq Azərbaycan Prezidentinin xarici ölkə mətbuatına verdiyi müsahibələrdə həmsədrlər barədəsöylədiyi fikirlər ATƏT-ə yetərli olmayıb:
“Yəqin həmsədrlər üzbəüz, öz kar qulaqları ilə bunu cənab Prezidentin öz dili ilə bir daha eşitmək istəyiblər. Diqqət etdinizsə, Prezidentimiz heç onların üzlərinə də baxmaq istəmirdi, açıqdan-açığa münasibətinin müsbət olmadığını göstərirdi. Onun dəmir yumruqla bağlı dediyi fikirləri isə həmsədrlər çox narahatlıqla qarşıladı – biri qaşını qaldırdı, biri dodağını çeynədi. Yəqin ki, indiyədək bu qədər aşıq mesajla qarşılaşmamışdılar”.
Xanım siyasətçi Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsinə də münasibət bildirdi:
“Bu, Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurub. Haqlı olaraq sual yaranır: Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kim verib? Xəritələrlə manipulyasiya və sülhməramlıları tərəfinən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir. Əminliklə deyə bilərəm ki, Azərbaycan tərəf adekvat addımlar atacaq”.