RAMİZ MEHDİYEV PREZİDENTİ HƏMİŞƏ ALDADIB...
Tarix: 02.09.2020 / 13:31 •
Oxundu: 188 dəfə •
OĞURLANMIŞ AZADLIQ HAQQIM QAYTARILMALIDIR !
-Ramiz Mehdiyev və onun iradəsinin icrasına çevrilmiş çete 2002-ci il tarixdən Sizi təqib,təhdid,şantaj etməsi,hakimiyyət resurslarından bəhrələnərək zindan yaşatmaları şüurlu həyat yaşayan hər kəsə məlumdur.
Hazır ki,Ramiz Mehdiyev "erası"nı necə dəyərləndirirsiz?
-Məsələyə obyektiv hüquqi aspektən yanaşsaq Ramiz Mehdiyev təkcə Mənə qarşı deyil,dövlətçilik İdeallarının,milli-mənəvi dəyərlərin sarsılmasında böyük zəhmətləri var.
Əgər doğrudanda Azərbaycan Demokratik-Hüquqi Dövlət statusunu özünə ehtiva edirsə,ermənini düşmən bilirsə,regionçuluq-nepotizm-korrupsiya və.s, amili prioritet deyilsə,o zaman Ramiz Mehdiyevin qanundankənar aşkar əməllərinə hüquqi qiymət verilməlidir.
-Hər dəfə Sizi şərləmək istəyəndə "qadınlar" hüquqi dispozisiyanın leytmotivini təşkil edib ?
Bu nə cür mübarizə yoludur?
-Doğru buyurursuz.Həmişə Mənə hazırlanan iftira krujevalarının leytmotivini cəmiyyətin yaxından tanıdığı,son dərəcə əxlaqsız sürüşkənlərdən istifadə edilib.
İstət 2002,istər-2008 illərdə dövlət adına tarixi ləkə olmuş qondarma-saxta "cinayət işi"ndə ərindən başqa hər kəsin işinə bir dəfə "yarayıb" atılmış üzdəniraqlar hüquq siyasətinin presedenti olmuşlar.
2002-ci ildə "Azərbaycan" adını daşıyan pritonda ("hotel") özünün və qızlarının bədənlərini satan Ella Xaçaturyan,Zara Beruzovna,Şaylalardan istifadə edilirdisə 2008-ci ildə hər həftə aborta göndərdikləri, İnsan alverçiləri və hətta bir zamanlar İDEAL redaksiyasında süpürgəçi işləmiş qadınlardanda "zərərçəkmiş" kolleksiyası düzənləmişlər.
Lakin,heç bir anti-tezis hazırlamadan tam səmimiyyətlə ifadə edirəm ki, Məni şərləmək üçün istifadə edilmiş fahişələr (qeyri-etik ifadəyə görə Ləyaqətli İnsanlardan üzr istəyirəm.N.İ) onları bu missiyanı icra etməyə məcbur etmiş Sifarişçi-icraçı-informasiya dəstəkçiləri-maraqlı tərəflərin özlərindən,zatı-kökündən qat-qat "namuslu" adamlardlr.Niyə?
Ona görə ki, Məni şərləmək üçün istifadə olunmuş alt-üst 15 ədəd şərin dişi kolleksiyasının üzvüləri yazılı,notarial təsdiqlə etiraf etmişlər.
"Belə bir fakt baş verməyib.Naxim Quliyevi şərləmək üçün bizə hədə-qorxu gəliblər ." Və.s...
Həmin sənədlərin bir qismini Sizə təqdim edirəm.
-Ramiz Mehdiyevin Sizi hədəf götürməsi,düşmənçilik etməsi hardan qaynaqlanırdı?
-Ramiz Mehdiyevin ətrafında,komandasında bir nəfərdə olsun mənliyi-ləyaqəti-kişiliyi olan kəs olmayıb.
Bu barədə illər əvvəl söyləmişdim.Bu adam əvvəllər çox çalışdı ki, Mənimlə yaxın olsun və Mən də onun iradəsinin icraçılarından birinə çevrilim.Ardınca İDEAL PRESS KLUBUN fəaliyyəti ətrafında oyunlar oynadı və ikinci dəfə müəyyən addımlar atdı.Bütün ssenariləri, istək və arzuları rədd edildikdə,lakeylərinin pultunu basdı və onların ağızları ilə İDEAL PRESS KLUBU baykot etmək istədilər.
Lakin yenədə namusu-mənliyi alver predmetinə çevrilmişlərin bu çağırışları bumeranq yaşatdı.
-Ramiz Mehdiyev nə istəyirdi?
-Ölkədə bütün alternativləri məhv etmək.Adam yoxdur, problemdə yoxdur.Əslində bu personalların deyil,üsulların təkrarıdlr.
Ramiz Mehdiyev başqalarınıda ətrafındakı ədədlərin gününə salmaq istəyirdi.
Başqalarının bədbəxtçiliyi üzərində öz xoşbəxtçiliyini qurmaq istəyib,
R.Mehdiyev,Məndən oğurladığı azadlıq illərimi necə qaytaracaq?
Atasız böyüyən uşaqların,repressiya qurbanlarının haqqını hansı yolka qaytaracaq?
Bu gün ölkəmizdə yaranmış ziqzaq narazılıqların başlıca səbəbkarı məhz Ramiz Mehdiyevdir.
Ramiz Mehdiyev və klanı daima Prezident İlham Əliyevi aldadıb,xəyanət edib.
Şəxsimdə iki dəfə şahidi olmuşam.
Ümumiyyətlə Mənimlə kişi kimi mübarizə apara bilməyən geniş hakimiyyət resurslu naxırın isterikasını,özünü söndürmək istəyən adamın qətran çəlləyinə atılması kimi təsvir edə bilərəm.
Qönçə kamal