Suriyadakı muzdluları Qarabağa Rusiya daşıyıb
Tarix: 14.12.2020 / 15:48 •
Oxundu: 239 dəfə •
Sentyabr və oktyabr aylarından əvvəl erməni əsilli suriyalı muzdluları Liviyaya Xəlifə Haftar sıralarında döyüşmək üçün göndərən Rusiya İkinci Qarabağ müharibəsi zamanı istiqamət dəyişdirərək, həmin döyüşçüləri Qarabağa daşıyıb. Onların daşınması Suriyada Xmeymim bazasından həyata keçirilib, maaşları isə Rusiya tərəfindən ödənilib.
“Haber Global”ın məlumatına görə, bu barədə “Syrians for Truth and Justice” təşkilatının (STJ) tədqiqatlarından və şahid ifadələrindən məlum olub.
Bildirilir ki, həm muzdlular, həm də ailələri, eləcə də Suriya dövlət rəsmiləri ilə görüşlər aparılıb. Onların uçuşları izlənilib. Əldə edilən məlumatlara görə, Suriya erməniləri sentyabr-oktyabr aylarında Azərbaycan ordusuna qarşı döyüşmək üçün Qarabağa göndərilib.
LİVİYADA DÖYÜŞMƏK ÜÇÜN PROQRAMA YAZILDIQLARI İDDİASI
Eyni hesabata görə, döyüşçülərin ilk iki hissəsi 19-22 sentyabr, digərləri 12, 21 və 17 oktyabrda köçürülüb. Oktyabrın 21-də həyata keçirilən iki ayrı transferdə 37 erməni əsilli döyüşçü Ermənistana, oradan da Qarabağa göndərilib. Döyüşçülərin Liviyada pul müqabilində döyüşmək üçün yazıldıqları, Ermənistan haqqında kifayət qədər məlumatlı olmadıqları və Ermənistana göndərildikləri barədə məlumatı son anda aldıqları (ailələrinin açıqlamalarına görə) bildirilib.
Ümumilikdə 37 nəfərdən ibarət döyüşçülərin ilk qrupunda 23 əsgər olub, M.E.Hamud adlı vasitəçi ilə toplanıb. İkinci qrupda isə 14 nəfər olub və M.Əl-Fayad adlı vasitəçi tərəfindən toplanıb.
Hesabatda cəbhədə ölən və yaralananların sayı göstərilməsə də, Homs Hərbi Xəstəxanasında işlədiyi iddia edilən bir feldşer son 3 ayda ölən əsgər sayının 35 olduğunu iddia edib.
MAAŞLARI RUSİYA TƏRƏFİNDƏN ÖDƏNİLİB
Erməni mənşəli muzdluların Deyr əz-Zor və Homsdan olduğu bildirilir. Onların demək olar ki, hamısı Suriyadakı 5-ci legionun üzvləri olub. “Pələng Qüvvələri” olaraq da bilinən 5-ci legionun üzvləri Əsəd qüvvələrinin bir hissəsi olmasına baxmayaraq, Rusiya tərəfindən idarə olunduğu bilinir. Liviyada döyüşməyə göndərilən qüvvələr İkinci Qarabağ müharibəsi başladığı zaman Rusiya tərəfindən Qarabağdakı erməni qüvvələrinə dəstək üçün istifadə edilib.
TƏCRÜBƏ VƏ BACARIQLARINA GÖRƏ MAAŞ ALIBLAR
Beşinci legion rəisinin izahatları belədir:
“Ermənistanda döyüşə görə nəql edilən əsgərlər prosesin təfərrüatı barədə tam məlumatlı deyildilər. Başlanğıcda pul qarşılığında Liviyada döyüşmək üçün qeydiyyatdan keçiblər. Liviyada aktiv döyüşlər dayandıqda və Qarabağda münaqişə böyüyəndə muzdlular Ermənistana göndərilib. Maaşlar ümumilikdə əsgərlərin təcrübəsinə və bacarıqlarına əsaslanıb və vəziyyətdən asılı olaraq 1000-2000 ABŞ dollar (1 700 - 3 400 AZN) arasında dəyişir. Lakin təcrübəsiz əsgərlərin yaralanmaları halında təzminat almaq hüququ yoxdur! İtkin düşmüş əsgərləri axtarmaq və əsirləri dəyişmək məcburiyyətində deyilik. Maaşı əsgərlərin özləri və ya ailə üzvləri vasitəçilərdən alırlar”.
Liviya əvəzinə Ermənistana göndərilən bir əsgərin anası isə pula çox ehtiyacları olduğu üçün oğlunun Əl-Harbi Briqadasına qoşulmaq istədiyini, buna görə də S.Əl-Hərbinin ofisinə getdiyini deyib.
“Orada maaşdan danışaraq onu Liviyaya getməyə inandırdılar. Sentyabrın 15-də zəng edərək təyyarənin tezliklə Liviyaya gedəcəyini dedilər. Oğlum ertəsi gün evdən çıxdı. Sentyabrın 18-də Xmeymim bazasından zəng edərək Liviyaya getmək üçün vəzifələndirildiyini söylədi. Bu, ondan aldığımız sonuncu xəbər oldu. Daha sonra Əl-Hərbinin ofisindəkilər oğlumun və digərlərinin döyüşçü çatışmazlığı yaşandığı üçün Ermənistanda göndərildiyini söylədilər”.