Bu gün:


Dönərdən kütləvi zəhərlənmə olub.

Tarix: 14.02.2024 / 10:58  •   Oxundu: 86 dəfə  •  

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.

İDEAL məlumat verir ki, zəhərlənən şəxslər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həmin şəxslər 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il İ.Məmmədova, 2020-ci il R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədovadır.


Onlardan ikisinin vəziyyəti kafi qiymətləndirilir.


Zərərçəkənlər dönərxanada yedikləri dönərdən sonra özlərini pis hiss etdiklərini bildirib.
Faktla bağlı araşdırma aparılır.