Bu gün:


Ölən qızlarının cəsədini məzardan çıxarıb satdılar

Tarix: 14.12.2020 / 18:42  •   Oxundu: 174 dəfə  •  

Çinin Hebey əyalətində ölüləri evləndirmə ənənəsini davam etdirən bir ailə, 12 il əvvəl ölən qızlarının cəsədini məzardan çıxarıb, pul qarşılığında başqa bir ailəyə satıb.
Min illərdir davam edən ölüləri evləndirmə ənənəsində ölən şəxslər subay biri ilə evləndirildiyi zaman onun o biri dünyada tək qalmadığı və bu cür evliliyin gələcək nəsillərə şans gətirdiyinə inanılır.
Cansız bədəni ailəsi tərəfindən satılan Kanq adlı qadın da onlardan biridir. Ölən qadın 12 il əvvəl həyat yoldaşı ilə mübahisə etdikdən sonra inithar edib və ölümündən sonra əri qadının şərəfinə bir türbə inşa etdirərək qızıl əşyalara doldurub.
Ötən həftə qadının əri həyat yoldaşının məzarını ziyarət edərəkən məzarın açıldığını görüb və dərhal polisə xəbər verib. Polisin apardığı istintaqdan sonra qadının cəsədinin məzardan valideynləri tərəfindən çıxarıldığı və subay oğullarını avtomobil qəzasında itirən bir ailəyə satdıqları ortaya çıxıb.