Bu gün:


"Erməni “Telegram” kanallarında yayılan xəbərlər dezinformasiya xarakteri daşıyır.."

Tarix: 25.03.2024 / 14:59  •   Oxundu: 92 dəfə  •  

Erməni “Telegram” kanallarında guya "Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi"nə dair məlumatların yayılmasına cəhdlər olunur.

İDEAL xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib. 


Vurğulanıb ki, bu kimi məlumatlar təmamilə "fake" və dezinformasiya xarakteri daşıyır. "Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir. 

Müdafiə Sənayesi Nazirliyini bir daha bəyan edir ki, Azərbaycan tərəfindən Ukrayna istiqamətinə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməyib.