Bu gün:


"Azərsu axıdır.."

Tarix: 26.03.2024 / 12:24  •   Oxundu: 161 dəfə  •  

Abşeron rayon Görədil kənd mərkəzində, “OBA” marketin ətrafında boru deşilib və artıq sanki çay axır. Görədil kəndinin bağlar massivi isə bizə ilk baxışda su körfəzini xatırladır.

İDEAL xəbər verir ki, Abşeron rayonu Fatımayı və Görədil kənd sakinləri Azərsu ASC bu ərzazisi üzrə qəza xidmətinin yarıtmaz əməllərindən təngə gəlmişdirlər. Belə ki, kənd camaatı bir aydır su borsunun patlamasından şikayətçidirlər. Kənd camaatı bununla əlaqədar olaraq Azərsu-nun  qaynar xəttinə dəfələrə müraciət etsə də, aidiyyatı qurum vətəndaşın müraciətinə despot münasibət sərgiləmişdir. Problemi aradan qaldırmaq əvəzinə vətəndaşlara problem yaşatmaqdadır. 


Köçərli Həsənov adlı şəxsin bu sahəyə rəhbərlik etməsindən, həmçinin Zaur Mikayılovun tabeliyinə keçməsindən sonra ümumiyyətlə yarıtmazlıq, bu sahədə keçmiş əməkdaşların vətəndaş məmnunluğuna qarşı göstərdiyi harın münasibət sərhəd tanımır. 

Bəs niyə vətəndaşlar boru patlaması səbəbindən su vəsaitinin zamanında ödənməməsinə görə cəza alır, lakin aidiyyatı qurumlar bu problemin aradan qaldırılması üçün bir tədbir görmür?