Azərbaycan vətəndaşları Türkiyədə nə qədər ev alıb?
Tarix: 15.12.2020 / 16:52 •
Oxundu: 131 dəfə •
2020-ci ilin noyabr ayı ərzində Türkiyədə ən çox daşınmaz əmlak satın alan əcnəbilər arasında Azərbaycan vətəndaşları ilk 20 ölkə sırasındadır.
Bu barədə Türkiyənin Statistika İdarəsi məlumat yayıb.
Mənzil satışı statistikalarına görə, Türkiyədə müvafiq dövr ərzində ən çox əmlaka sahib ölkələr sırasında Azərbaycan 11-ci yerdədir.
2020-ci ilin noyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 104 daşınmaz əmlak satın alıb. Bu, 2019-cu ilin noyabr ayı ilə müqayisədə 13 ədəd və ya 14,3 faiz daha çoxdur.
2020-ci ilin yanvar-noyabr ayları ərzində isə Azərbaycan vətəndaşları Türkiyədə 1 124 daşınmaz əmlak alışı həyata keçirib. Bu da 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 79 ədəd və ya 7,6 faiz daha çoxdur.
İlin 11 ayı ərzindən vətəndaşlarının sayına görə ən çox daşınmaz əmlak alışı həyata keçirən ölkələr arasında Azərbaycan 15-ci yerdədir.
Qeyd edilib ki, Türkiyədə 2020-ci ildə əcnəbilərə 112 483 mənzil satılıb. Satışların böyük həcmi və ya 18,8 faizi İstanbulun payına düşüb.