Bu gün:


Azərbaycanda pul kütləsinin həcmi və manatın dövretmə sürəti artıb.

Tarix: 25.11.2020 / 16:29  •   Oxundu: 157 dəfə  •  

Noyabrın 1-nə olan göstəricilərə əsasən Azərbaycanda geniş pul kütləsinin həcmi 26 milyard 947,9 milyon manat olub.
Asmedia.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, bu rəqəm ilin əvvəli ilə müqayisədə 5,5 faiz az olsa da ötən aya nisbətən 0,6 faiz çox olub.
Ölkəmizdəki geniş pul kütləsinin manatla həcmi isə 18 milyard 573,6 milyon manat təşkil edib. Eyni dinamika manatla olan pul kütləsində də özünü göstərib. İlin əvvəli ilə müqayisədə manat olan pul kütləsinin həcmi 3,4 faiz azalsa da, əvvəlki ay ilə müqayisədə 0,8 faiz artıb.
Eləcə də, Azərbaycanın xalis xarici aktivlərinin həcmi 15 milyard 983 milyon manat olub. İlin əvvəli ilə müqayisədə bu, 10,3 faiz az, öncəki aya nisbətən isə 0,9 faiz çoxdur.
Bankın xalis daxili aktivlərinin həcmi isə 10 milyard 964,8 milyon manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 2,4 faiz az olsa da, əvvəlki ayın sonuna olan göstəricilərlə müqayisədə 0,2 faiz çoxdur.
Oktyabr ayının sonuna qədər Azərbaycan manatının dövretmə sürəti 3.78 bənd təşkil edib. Bu göstərici əvvəlki ay 3.77 bənd olub. İlin əvvəli isə manatın dövretmə sürəti 4.36 bənd təşkil edib.