Bu gün:


Ermənistanda iqtisadi vəziyyət fəlakətlidir - Manukyan

Tarix: 16.12.2020 / 10:47  •   Oxundu: 309 dəfə  •  

Ermənistanda iqtisadi situasiya həqiqətən fəlakətlidir. Bu, büdcə icrası zamanı da göründü.
Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan deyib. Onun sözlərinə görə, Ermənistan son savaş nəticəsində 100 min hektar əkin sahəsi, 315 min hektar yaşıl torpaq sahəsi, 15 hidroelektrik stansiya və 100 meqavat enerji itirib.
Manukyan itkilərin çox böyük olduğunu, xərclərin artdığını bildirib. O, Ermənistana heç bir normal investorun yatırım edə bilməyəcəyini söyləyib.
Qeyd edək ki, Manukyanın bu sözləri Ermənistanın 28 il işğal altında saxladığı Azərbaycan torpaqlarının sərvətlərindən sui-istifadə etdiyini, işğaldan azad olunan əraziləri isə "itki" saydığını göstərir.