Rusiyalı məşhur bloqer: “ÜST vaksinasiya adı ilə qadınları sterilizasiya edir”
Tarix: 16.12.2020 / 12:25 •
Oxundu: 280 dəfə •
Rusiyalı teleaparıcı, model, bloqer və iş qadını olan Viktoriya Bonya qalmaqallı çıxışı ilə gündəm olub.
O, Ümumdünya Səhiyyə Təşkilatını qadınların sterilizasiyasında ittiham deyib.
“Onların hamısı lənətə gəlsin, murdar məxluqlardır”, Viktoriya deyib.
Belə ki, o, ABŞ-Almaniya peyvəndi “Pfizer” haqqında araşdırma aparıb və öyrəndikləri onda böyük narahatlıq yaradıb.
“Məlum oldu ki, peyvənddə ən ağır metallarla yanaşı qadınlarda sonsuzluğa səbəb olan protein komponentləri də var. Əslində bütün bu peyvəndlər sterilizasiyadır”- deyə model bildirib.
Viktoriya təhlükəli peyvənd istehsalında Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlarının iştirak etdiyinə inanır.
O, həmçinin “Microsoft Corporation”ın qurucusu Bill Qeytsi də tənqid edib:
“Artıq Afrikadakı qadınları papilloma virusuna qarşı peyvəndlərlə bu şəkildə sterilizasiya ediblər. Çox sayda insan sterilizasiya edildi, hamısına sponsorluq edən və maliyyələşdirən bəşəriyyətə qarşı cinayətdə günahkar hesab etdiyim alçaq Bil Qeytsdir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl “Pfizer” peyvəndinin sınaqları zamanı altı könüllünün öldüyü bildirilmişdi. Sonradan daha dörd nəfərin üz iflici olduğu məlum oldu.
Eyni zamanda, rusiyalı alimlərin fikrincə “Pfizer” peyvəndi ciddi allergik reaksiyalara səbəb ola bilir.