Bu gün:


Nazim Ideal: Rusiya 10 noyabr 2020-ci il tarixli,üzərinə götürdüyü öhdəlikləri Niyə? yerinə yetirmir?

Tarix: 16.12.2020 / 16:04  •   Oxundu: 234 dəfə  •  

 İmzalanmış sazişin 4-cü bəndində göstərilir ki,Rusiya Fedarasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvvələrin Azərbaycan ərazisindən çıxarılması ilə paralel şəkildə yerləşdirilir.

Saziş imzalandıqdan bir neçə saat sonra Rusiya sülhməramlıları Azərbaycan ərazisinə yerləşdirildi.Müqavilənin imzalanmasından 1 aydan artıq vaxt keşməsinə baxmayaraq ermənizmin silahlı qüvvələri Azərbaycan ərazisində qalmaqda  və hərbiçilərimizi qətlə yetirməklə davam edirlər.

Açığa vuran digər məqamlardan biridə budur ki,öz missiyalarından kənara çıxan Rusiya müqavilədə nəzərdə tutulmayan mənfur qüvvələri cürbəcür adlarla əraziyə yeridir.

Bir nəfər Azərbaycanlı öz doğma yurd-yuvasına qaytarılmadığı halda,erməni silahlı birləşmələrin torpaqlarımızda hələdə sülənməsi  tragikomikdir.

Bu azmış kimi sülhməramlıların komandiri general-leytenant Rüstəm Muradov aralıqda qalmış  araik arutunyanla duzlaşmaqdadır.