Bu gün:


Ermənilərin Qarabağda yeni təxribat planları

Tarix: 19.12.2020 / 09:33  •   Oxundu: 26 dəfə  •  

Ermənistan hakim dairələri və aparıcı müxalif qüvvələr Qrabağda sabitliyi pozmaq istəyir. Dağlıq Qarabağdakı ermənilərə rus pasportlarının yayılması və s. hiyləgər həmlələr buna hesablanıb. Son günlər isə başda Paşiniyan olmaqla Azərbaycan Ordusu ilə Rusiya sülhməramlılarını üz-üzə qoymağa çalışırlar. Həttda Paşiniyan həmişə olduğu kimi, Şuşa yaxınlığındakı kənddə erməni silahlıları ilə birlikdə Rusiya sülhməramlılarının da mühasirəyə düşdüyünü deməkdən çəkinməmişdi. Rusiya Müdafiə Nazirliyi isə dərhal məlumatın doğru olmadığını bildirdi.
Erməni feyk xəbərləri haqqında danışan  politoloq Aydın Quliyev ermənilərin ilk təxribat metodundan bəhs etdi.  
“Ermənilər əvvəlcə azərbaycanlıları vəhşi, rus sülhməramlılarını isə faydasız kimi göstərməyə çalışdı. Xəbər yaymağa başladılar ki, ermənilərin Qarabağdan köçürülməsi zamanı guya azərbaycanlılar sülhməramlıların gözünün qabağında ermənilərə qarşı zorakılıq tətbiq edib, bununla onlar Rusiya sülhməramlılarının yararsızlığını önə çəkmək istəyiblər. Siyahıya ermənilərin Xocavənd, Kəlbəcər yalanlarını da əlavə etmək olar”.