Bu gün:


50 gündən sonra şəhid xəbəri gələn əsgər

Tarix: 19.12.2020 / 10:24  •   Oxundu: 44 dəfə  •  

Vətən müharibəsinin könüllü əsgərləri sırasında Lənkəran Dövlət Universitetinin məzunu, Zəfər döyüşləri başlanan ərəfələrdə orduya könüllü yazılan Astaranın Maşxan kəndinin sakini Cahangirov Rauf Xəyyam oğlu da var.
50 günə yaxın idi ki, şəhidimizdən xəbər yox idi. Ötən gün əsgərin şəhid xəbəri gəlib. Qeyd edilir ki, onun döyüşə getməzdən əvvəl səs yazısı yayılıb. O, telefonda "Gedirik amma hara gedirik bilmirəm. İnşallah yaxşı olar. Özünüzdən muğayyət olun, gələndə danışarıq" deyərək yaxınları ilə sağollaşıb.
Qeyd edək ki, şəhidimiz doğulub boya-başa çatdığı Maşxan kəndində dəfn olunub.

Allah rəhmət eləsin!