Bu gün:


Bakıda qadın uşaqlarını və özünü binadan niyə atdı?

Tarix: 21.12.2020 / 17:16  •   Oxundu: 98 dəfə  •  

Bakıda ana iki azyaşlı körpəsi ilə birlikdə intihara cəhd edib. 
Nigar Cəfərova istintaqa ilkin ifadəsində bildirib ki, həyat yoldaşı Cavid Cəfərov narkotik vasitə istifadəçisidir və azyaşlı oğullarını da narkotikdən istifadəyə məcbur edib. 
N.Cəfərova intihara həyat yoldaşının bu hərəkətlərini əsas gətirib. Qonşular ailəni mehriban və sakit ailə kimi tanıdıqlarını deyiblər. 
Qeyd edək ki, C.Cəfərov izahatı alınması üçün saxlanılıb, araşdırma aparılır. 
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb.