Son vaxtlar insanların azadlıq haqqını sifarişlə qəsb edən, geniş hakimiyyət resurslu məmurlarla yanaşı Cavid Qurbavonun adı hallanmaqdadır.
Belə ki, apardığımız araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhərinin keçmiş meri Rəfael Allahverdiyevin bibisi oğlu Şərifov Əzizağa Əzizağa oğlu məhz Cavid Qurbanovun sifarişi ilə AR CM-nin 181.3.2-ci maddəsi ilə 14 il 6 ay müddətinə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmişdir.
Əzizağa Şərifovun cəzasının sonuna 5 il 4 ay qalmışdır və bu 18 aprel 2026-cı il tarixinə təsadüf edir.
Biznes maraqlarının tərəflətindən olan “BAKSOL” şirkətinin prezidenti Aslan İsgəndərov həyat yoldaşı Gülnarənin maddi və mənəvi dəstəyi ilə Əzizağa Şərifovun qardaşı Cəbinin bütün obyektlərini ələ keçirir.
Buna etiraz etmək istəyən Şərifovlar Gülnarə İsgəndərovanın qəzəbinə tuş gəlir və katibəlik etdiyi müdiri Cavid Qurbanovdan xahiş edir ki, onları zərərsizləşdirsin.
Ölkəmizdə birmənalı olaraq qanunların şəxsi qaydaların köləsi olduğunu bilirik və bu səbəbdən də katibə Gülnarənin sözünün nə qədər keçərli olduğu ortadadır.
Növbəti sayımızda “Azəravtoyolservis”in rəhbəri Saleh Məmmədovu Əzizağa Şərifovla bağlayan tellər, övladları Elçin, Xaqani, Etibar, Eminin fəaliyyət trayektoriyası, Gülnarə kəlbəcərlinin vergidənkənar idarə etdiyi qeyri-leqal obyektlərinin siyahısını təqdim edəcəyik.